Bakıda 16 yaşlı gənc əmisinin yasında adam öldürdü - Namus cinayətinin TƏFƏRRÜATI
Bakıda qətl törədən 16 yaşlı gənc hakim qarşısına çıxarılıb. Onun qətlə yetirdiyi şəxs gəncin mərhum əmisinin arvadı ilə sevgi münasibətində olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdə adam öldürməkdə ittiham olunan 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən B.Mehrəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qətlin baş verməsinə səbəb Bəhruzun mərhum əmisi Bəhram Mehrəliyevin xanımının Elnar Qədimovla münasibətdə olması olub.
Bəhruz əmisinin vəfatından sonra Elnarın əmisi arvadı ilə münasibətindən şübhələnib. Bir müddət sonra bu şübhələri doğru çıxıb. Hələ əmisinin ili çıxmamış bundan xəbər tutan Bəhruz Elnara xəbərdarlıq edib. Amma cavabında Elnar ona "sən uşaqsan" deyə cavab verib.
Bəhruzun mərhum əmisinin arvadı ilk dəfə Elnarı onlara taksi sürücüsü kimi təqdim edib. Sonra isə onlar arasında münasibətin olduğu məlum olub.
Qətl hadisəsi isə Bəhruzun əmisinin il mərasimində olub. Elnarın həmin mərasimə gəlməsi Bəhruzu daha da əsəbləşdirib.
Bəhruz ifadəsində deyib ki, Elnarın yeni rəhmətə gedən əmisinin arvadı ilə münasibətdə olmasını biləndə çox əsəbləşib və ona xəbərdarlıq edib: "Mən ona xəbərdarlıq eləmişdim. Amma o utanmadan yas mərasiminə də gəlmişdi. Bu, məni daha da əsəbləşdirdi".
Yas mərasimində Elnarın əmisi arvadına göz-qaş etdiyini görən Bəhruz evə gedərək bıçaq götürüb. Bir müddət gözləyib və Elnarın kənara çəkilməsini müşahidə edib. Elnar oturan yerdə ona arxadan yaxınlaşaraq boğaz nahiyəsindən bir zərbə endirib. Bəhruz bıçağı vurmamışdan əvvəl "mən sənə xəbədarlığımı etmişdim" deyib.
Elnar aldığı xəsarətdən hadisə yerində ölüb.
Musavat.com
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi