Deputatın qohumu təqib edilib? - DİN-dən AÇIQLAMA
"Biz heç birimiz dövlətimizə müxalif deyilik və hamımız Ali Baş Komandanın əsgərləriyik".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, özünün etdiyi çıxışlardan sonra Şamaxıda yaşayan qohumlarından birini polis saxlayaraq yoxlayıb:
"Buna ehtiyac yox idi, onunla nə işləri var", - deyə Tahir Kərimli əlavə edib.
Deputat Qüdrət Həsənquliyev isə Tahir Kərimlinin qohumunun təqib edilməsi ilə bağlı çıxışı ilə bağlı bildirib ki, ümumiyyətlə təqib yolverilməzdir:
"Amma yaxşı olardı ki, Tahir müəllim qohumunun təqib edilməsinə görə Daxili İşlər Nazirliyinə müraciət edərdi".
Məsələ barədə DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, hansısa vətəndaşın deputat Tahir Kərimlinin qohumu olduğu üçün saxlanılması ilə bağlı DİN-də məlumat yoxdur:
"Bu iddiaların təfərrüatından məlumatsız olduğumuz üçün konkret cavab verə bilmirəm. Bilinmir ki, kimdən, nədən bəhs edilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1204 Tarix: 11 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr