Xankəndidə rus sülhməramlılara heykəl qoyuldu - Fotolar
Qarabağda rus sülhməramlıların hərbi şəhərciyinin ərazisində "Rusiya Şöhrət Xiyabanı" yaradılıb və burada rus sülhməramlıları əks etdirən heykəl qoyulub.
"Qafqazinfo" erməni mediasına istinadən xəbər verir ki, xiyabanın açılışı Xankəndidə noyabrın 10-u baş tutub.
Açılış mərasimində Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak edib.
Bildirilir ki, xiyabanın açılışı Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin birinci ildönümünə həsr olunub.
Xiyabanda, həmçinin Rusiyanın 10 dahi şəxsinin büstləri qoyulub. Bunlar Alekandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasiliy Şukşin və Mixail Şoloxovun büstləridir.
Layihənin müəllifi isə heykəltəraş Mixail Serdyukovdur.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2423 Tarix: 11 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr