Amnistiyaya düşənlər arasında hərbçilər də var
Amnistiyaya düşən 17 min nəfərin 15 mini ilə bağlı qərarı Ədliyyə Nazirliyi icra edəcək.
Sonxeber.az xəbər verir ki, bu barədə Zəfər Günü münasibətilə qəbul olunmuş Amnistiya Aktı ilə bağlı Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev məlumat verib.
Onun sözlərinə görə, qalan 2 min nəfərlə bağlı məsələ inzibati xarakterli hərbi hissələr və hərbi hissələrin komandanlığı, eyni zamanda, təhqiqat və ibtidai istintaq orqanları tərəfindən icra ediləcək.
Hərbi hissələrin komandanlıqlarının nəzarətinə verilən və qanun pozuntusunda şübhəli bilinən hərbçilərin də bir qismi amnistiyaya düşəcək.
Hərbi məhkəmələrdə cinayət işi davam edən və ya barəsində hökm oxunmuş şəxslər barəsində amnistiya aktını Ədliyyə Nazirliyi icra edəcək. Lakin bəzi hərbçilər var ki, hərbi xidmət dövründə komandanlıq tərəfindən cəzalandırılıblar. Həmin hərbçilərlə bağlı amnistiya aktının icrası da hərbi komandanlıqların üzərinə düşəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1510 Tarix: 11 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr