Azərbaycanda hamilə qadın müəmmalı şəkildə YOXA ÇIXDI
Göyçayda gənc qadın yoxa çıxıb.
Lent.az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü Ucar rayon Qazıqumlaq kənd sakini olan Nuranə Şıxıyeva ötən gün qaynı ilə birgə İsmayıllı rayonuna qonaq gediblər. Bu gün oradan qayıdarkən saat 11 radələrində Göyçayın Potu kəndi ərazisində, Yuxarı Şirvan kanalının yaxınlığında qaynından xahiş edib ki, maşını saxlasın. O, əlindəki sellofan torbanı atmaq üçün maşından düşüb və yoxa çıxıb. Bir müddət sonra gəlinlərinin gəlmədiyini görən qayın yaxınlıqdakı polis əməkdaşlarına məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a bildirib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. O qeyd edib ki, hazırda axtarış işləri gedir.
Qeyd edək ki, itkin düşən qadın bir uşaq anasıdır. Onun hamilə olduğu bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1377 Tarix: 11 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr