Məzahir Quliyevlə " Gözəl burun, Rahat nəfəsə"-ə çatmaq çox asandı

Məzahir Quliyevlə " Gözəl burun, Rahat nəfəsə"-ə çatmaq çox asandıHəyatdakı ən vacib peşələri sırayla düzməli olsaq, çox güman ki, həkimlik ilk sırada durar. Niyə? Çünki birbaşa insan sağlamlığı ilə işləyən həkimlərin işi həm məsuliyyət, həm də cəsarət tələb edir. Bir də həkimliyin estetik cərrahiyyə növü vardır ki, həmin işlə məşğul olan həkimlər sağlamlığımızla yanaşı bizim xarici görünüşümüzün də qeydinə qalırlar. Haqqında bəhs edəcəyimiz həkim Tibb Üzrə Fəlsəfə Doktoru Məzahir Quliyev Azərbaycanın tibb sahəsində öz sözünü demiş, savadı ilə, təcrübəsi ilə layiqli işlərə imza atmış həkimlərindəndir.

Hər insan sağlamlığı və ya xarici görünüşü ilə bağlı qərar verdikdə özünü əmanət edəcəyi həkimi araşdıraraq düzgün seçməlidir. Məzahir həkim də məhz həmin həkimlərdəndir ki, sağlamlığınızı da, görünüşünüzü də ona gözü bağlı əmanət edə bilərsiniz. O, pasientlərinə tibbin müasir standartlarına uyğun ən müasir cihaz və avadanlıqlar vasitəsilə və təcrübəli, gülərüz tibbi heyəti ilə birlikdə yüksək səviyyədə tibbi xidmətin həyata keçirilməsini təmin edir. Onun üçün pasientlərin məmnunluğu həmişə ön plandadır. Doktor Məzahir Quliyev, ixtisasca qulaq, burun, boğaz həkimidir. Lakin hələ uşaqlığından içindəki yaradıcılıq eşqini kəşf edən həkim bu cəhətini peşəsində də əks etdirmiş, burun estetik cərrahiyyəsinə yönəlmişdir.

Məzahir Quliyevlə " Gözəl burun, Rahat nəfəsə"-ə çatmaq çox asandıOnun əsas fəaliyyət istiqaməti burun və burunətrafı ciblərin patologiyaları, o cümlədən funksional endoskopik sinus cərrahiyyəsi(FESC), Rinoplastika əməliyyatları, revizyon (təkrar) rinoplastika, bir sözlə burnun Estetik və Funksional əməliyyatlarıdır. Rinoplastika əməliyyatlarını Məzahir həkim dünyada günümüzdə məşhur olan "Piezo" cərrahiyyəsi və "Ultrasonik" cərrahiyyə deyilən metodla həyata keçirir.

Məzahir Quliyevlə " Gözəl burun, Rahat nəfəsə"-ə çatmaq çox asandıÖzünün də patentini aldığı xüsusi yeni aləti ilə bu metodu tətbiq edərək burun sümüklərini çəkic ilə sındırmaqla deyil ultrasəs dalğaları ilə kəsib şəkilləndirərək daha zərif, xüsusilə üzə uyğun burun əldə edilməsinə nail olur. Belə əməliyyatlardan sonra üzdə qaralma, şişkinlik və göyərmələr yox deyiləcək qədər az olur və nəticədə pasientlər də öz işlərinə, sosial həyatlarına daha tez qayıdırlar.
Məzahir həkim işinə böyük bir sevgi ilə bağlıdır. İnsanlara sevgisi, insanlığa faydalı olmaq istəyi onun yorulmadan fəaliyyət göstərməsinə, daim araşdıraraq yeniliklərə imza atmasına səbəb olur. O, Türkiyə, Almaniya, İtaliya və Rusiyada elmi-praktik təcrübələr keçmiş, bu ölkələrdəki yenilikləri ölkəmizdə tətbiq edərək xalqımıza dünyadakı müasir protokollara uyğun tibbi xidmətləri həyata keçirməkdədir. Eyni zamanda o, özünün tibb sahəsindəki yenilikləri ilə Azərbaycanımızı bu sahədə ucaltmaq üçün xarici ölkələrdəki konfranslarda təmsil etmişdir. Boş vaxtlarında belə o, araşdırmalar edir, tibbi məqalələr oxuyur, fəaliyyətini daim genişləndirir. Təsadüfi deyil ki, Doktor Məzahir Quliyev 9 yeni alət üzrə patentin müəllifidir.
Məzahir Quliyevlə " Gözəl burun, Rahat nəfəsə"-ə çatmaq çox asandıBu aramsız fəaliyyətinin nəticəsi olaraq 2016-cı il fevralın 10-da Tibb üzrə Fəlsəfə Doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Onun elmi işləri Türkiyə, Hindistan, Gürcüstan və s. bir çox ölkələrdə keçirilən konfranslarda məruzə edilmişdir.

Məzahir Quliyevlə " Gözəl burun, Rahat nəfəsə"-ə çatmaq çox asandıÜmumiyyətlə, Məzahir həkim işinin incəliklərini bölüşməyi sevir, hazırda o, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının assisenti olaraq həmin kafedrada dərs keçir. Fəaliyyətləri saymaqla bitməyən həkimimiz Türk Kulak Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi dərnəyinin, Türk Fassial Plastik Cərrahiyyə dərnəyinin, Türk Rinoloji dərnəyinin və Avropa Fassial Plastik Cərrahiyyə dərnəyinin üzvüdür. Qeyd edək ki, Doktor Məzahir Quliyev Azərbaycan Rinoloqlar Cəmiyyətinin də sədridir. Həkimimiz 2018-ci ildə Azərbaycanda təşkil edilmiş Bakı Rinoplastika Günləri konfransının təşkil edilməsində böyük rol oynamış və iclasa sədrlik etmişdir.
Həkim olmaq savad, bacarıq, cəsarət tələb etdiyi qədər vicdan, dürüstlük, mərhəmət kimi insani keyfiyyətlər də tələb edir. Məzahir həkimdə də bütün bu xüsusiyyətlər vardır, onun üçün bütün pasientləri özəldir, hər biri ilə yaxından maraqlanır, heç zaman onlara səthi yanaşmır. Xəstələrinin psixologiyasını da düşünür, onlarla səmimi söhbətlər edərək onları diqqətlə dinləyir, ətraflı müayinə edərək əməliyyata, vəya müalicəyə əvvəlcədən hazırlayır. Həkimimiz pasientlərinə özündən daha çox dəyər verərək, onlarla hər zaman mehriban davranmağa xüsusi önəm verir. Məzahir həkimin bir devizi var ki, "Gözəl burun, rahat nəfəs" hər kəsin təbii haqqıdır, o da bir həkim olaraq bütün bilik və bacarığını ortaya qoyaraq pasientlərinə o haqqı təmin edir. Xəstələrinin hər birinə fərdi yanaşan həkimimiz onlara qayğı ilə diqqət göstərir, gördüyü hər işə varlığını əsirgəmir.

Məzahir Quliyevlə " Gözəl burun, Rahat nəfəsə"-ə çatmaq çox asandıO, bu işi seçərkən də insanlara faydalı olmağı qarşısına məqsəd olaraq qoymuşdu. Məqsədindən bir an olsun yayınmayan Məzahir bəyin insanlara olan sevgisi onun yaradıcı ruhunu qidalandırır. Mükəmməliyyətçi bir insan olması işlərində də özünü göstərir, nəticəsi hər zaman həm onun, həm də pasientlərinin ürəyincə olur. İstər təcrübəsi, istərsə də savadı ilə insanlara və ölkəmizə faydalı olmağa çalışan Məzahir Quliyev peşə biliklərini ən düzgün şəkildə yönləndirməyi bacarır. Azərbaycan səhiyyəsində bir çox ilkə imza atmış həkimimiz bu qətiyyəti və çalışqanlığı ilə hələ çox uğurlara öz adını yazdıracağına inanırıq.Biz də uğurlu peşə fəaliyyətində Məzahir həkimə müvəffəqiyyətlər arzu edirik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1350   Tarix: 11 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr