Vüqar Səfərlinin məhkəməsində mübahisə olub

Vüqar Səfərlinin məhkəməsində mübahisə olubBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq Səbail rayonu Bibiheybət qəsəbəsində sahə rəisi işləyən təqsirləndirilən şəxs Namiq Hacıyev ifadə verib.

N.Hacıyev ifadəsində özünü verilən ittihamla günahkar hesab etmədiyini bildirərək layihə əsasında ona verilən göstərişləri yerinə yetirdiyini deyib:

"Layihə sənədlərinə uyğun olaraq öz işimi icra etmişəm. Tikinti zamanı bir dəfə belə bir hal oldu ki, iki blok üçün beton verilməmişdi. Bununla bağlı sifarişçiyə məktub yazdıq. Ordan bizə dedilər ki, onu əvəzləmək üçün parket əvəzinə laminatdan istifadə ediləcək. Bununla da beton və armatur çatışmazlığı həll olunacaq.

Bundan başqa, bir dəfə də binada pəncərə altlarına mərmər vurulmalı idi. Ustalar dedi ki, mərmər orada sınıb-töküləcək. Sonra pəncərəaltlarına plastik vuruldu. Həmin mərmər isə liftlərin yanına vurduq. Yəni yeyinti olmadı".

İfadə verən təqsirləndirilən şəxs Ədalət Vəliyev bildirib ki, o "Portos" MMC-nin direktoru işləyib: "Mənim heç nədən xəbərim olmayıb. Mən şirkətə direktor təyin edilmişəm. Ayda 501 manat əmək haqqı almışam. Binanın tikintisindən və yeyintidən xəbərim yoxdur. Mən latın qrafikasında yazıb oxuya bilmirəm, heç nədən xəbərim yoxdur".

Daha sonra hakim sual vermək üçün barəsində həbs-qətimkan tədbiri seçilən Nadir Məmmədova söz verib. Nadir Məmmədovla Ədalət Vəliyevin üzləşməsi zamanı məhkəmədə mübahisəli anlar yaşanıb.

N.Məmmədovun isə düzələn zaman səni "Asan Xidmət"ə kim aparıb sualına Ədalət Vəliyev "siz aparmısız" deyə cavab verib.

Bu cavabdan sonra Nadir Vəliyevin əsəblərini cilovlaya bilməyib:

"Yalan deyirsən, sən mənimlə gedə bilməzdin. Vicdanın olsun! Sənə göstəriş verən adam mənimlə danışmamağı tapşırmışdı. Sən 32 milyonu hardan alıb ödəmisən?"

Ədalət Vəliyev isə ziyan əvəzinə 1 milyon manat və 35 milyonluq əmlak verdiyini deyib.

Vəkillərin həmin əmlak səndə hardan idi, əmlak harda yerləşir suallarına isə Ə.Vəliyev cavab verə bilməyib.

Proses noyabrın 12-si davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1326   Tarix: 11 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr