İlin sonunda qapanma olacaq? - AÇIQLAMA

İlin sonunda qapanma olacaq? - AÇIQLAMADünyada koronavirus infeksiyasının yeni ştamları meydana çıxmağa və yayılmağa davam edir. İndiyədək virusun dəfələrlə mutasiyaya uğradığı məlumdur. Son olaraq isə yeni aşkar edilən delta ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 mutasiyası dünyaya yayılmağa davam edir.

Hazırda region ölkələrində COVID-19 virusuna yoluxma hallarında kəskin artım müşahidə olunur.

Rusiyada ümumilikdə koronavirusdan ölənlərin sayı 250 min nəfəri ötüb. Son sutka ərzində 38 058 nəfər koronavirusa yoluxub. 1 239 nəfər isə vəfat edib ki, bu da pandemiya dövründə qeydə alınan ən yüksək rəqəm olub.

Digər region ölkələrində də vəziyyət heç də fərqli deyil. Son sutka ərzində Türkiyədə 27 mindən, Gürcüstanda 5 mindən, İranda isə 7 mindən artıq insan virusa yoluxub.

Bəs Azərbaycanda hazırkı epidemioloji vəziyyət necədir?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında həkim-infeksionist Natiq Əliyev bildirib ki, hal-hazırda ölkədəki epidemioloji vəziyyət nəzarət altındadır.

"İctimai-iaşə obyektlərinin, restoran şəbəkələrinin fəaliyyət göstərdiyini nəzərə alsaq, virusa yoluxan insanların statistik göstəricilərinin iki minlərdə olması vaksinin bizə qazandırdığı ən böyük üstünlüklərdəndir. Bu gün biz vəziyyəti stabil saxlamışıq, həyat şəraitimiz normala doğru gedir. Epidemioloji vəziyyət pisləşmədiyi müddətcə hər hansı bir məhdudiyyətlərin və ya qapanmaların olacağını düşünmürəm. Buna görə də insanlar mütləq şəkildə buster doza vaskinasiya olunmalıdır ki, virusa qarşı qoruyuculuq səviyyələri daha yüksək olsun", - deyə infeksionist qeyd edib.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 774 yeni yoluxma faktı qeydə alınıb, 2 365 nəfər müalicə olunaraq sağalıb. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 983 606, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 454 456, buster doza üzrə vaksinasiya olunanların sayı isə 521 493 təşkil edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4831   Tarix: 12 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr