Fransa İFŞA OLUNDU - VİDEO

Fransa İFŞA OLUNDU - VİDEOTürkiyənin TRT telekanalı Fransanın İŞİD terror qruplaşması ilə əlaqələrini ifşa edən sənədli film təqdim edib. Filmdə bildirilir ki, bu əlaqələr "Lafarge" sement nəhəngi vasitəsilə qurulub.

"Fabrik: gizli fransız əməliyyatı" adlı sənədli film Parisdə 2015-ci ildə baş vermiş terror aktlarının altıncı ildönümündə beynəlxalq terrorun maliyyələşməsinin arxasında dayanan qorxunc şəbəkəni üzə çıxarır.

TRT-nin baş direktoru Zahid Sobacının sözlərinə görə, fabrik iki il ərzində formalaşdırılıb. Diqqətlə yoxlanılan yarım milyona yaxın sənəd beynəlxalq terrorun maliyyələşməsinin arxasında dayanan çirkli münasibətləri ortaya qoyub.

Daha əvvəl "TRT World"un baş redaktoru olan, indi isə "Anadolu" agentliyində müvafiq vəzifəni icra edən Sərdar Karagözün sözlərinə görə, iki il əvvəl layihəyə başlayarkən nəticənin bu qədər böyük olacağını gözləməyiblər:

"Bu sənədli filmdə Fransanın "Lafarge" şirkətinin Suriyadakı çirkli əməliyyatları təqdim olunub".

Sözügedən sənədli filmdə "Lafarge" şirkətinin nəyə görə Suriyada qalmağa və öz fabrikini bütün müharibə dövründə işlək vəziyyətdə saxlamağa qərar verməsi, Fransanın xüsusi xidmət orqanlarının məlumatı və himayəsi altında Aİ-nin vəsaitlərinin İŞİD və PKK-ya necə yönləndirilməsi, fransalı siyasətçi və xüsusi xidmət orqanlarının "Lafarge" şirkətini məhkəmə işlərindən xilas etmək üçün hansı addımları atması və Suriyada İŞİD-in maliyyələşdirilməsinin 2015-ci il Paris teraktının necə maliyyələşdirilməsi ilə nəticələnməsindən bəhs olunur.

Sənədli filmdə həmçinin Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin rəhbəri Alen Jülye, maliyyə naziri Mişel Sapen, Suriya səfiri Mişel Dyuklo, deputat Jerar Bapt kimi keçmiş rəsmilər, həmçinin Fransa kəşfiyyatının və təhlükəsizlik xidmətlərinin mütəxəssisləri, "Lafarge" şirkətinin keçmiş əməkdaşları və Paris teraktının qurbanlarının müsahibələrinə yer verilib.\oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1935   Tarix: 15 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

25 oktyabr
.

Xəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər

Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bu barədə Bankın məlumatında bildirilir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarın

26 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

26 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA

Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə

26 oktyabr