Kolbasalara ətdən başqa nələr qatılır? – DİQQƏTLİ OLUN!

Kolbasalara ətdən başqa nələr qatılır? – DİQQƏTLİ OLUN!Kolbasa məmulatları alarkən hər bir istehlakçı onun keyfiyyətli olmasına əmin olmaq istəyir.

Ticarət şəbəkəsində ən müxtəlif çeşiddə, növdə və keyfiyyətdə kolbasa məmulatları satıldığına görə istehlakçılar bir çox hallarda onun keyfiyyətinin müəyyənləşdirilməsi problemi ilə üz-üzə qalır. Bu baxımdan istehlakçılar üçün faydalı ola biləcək bir sıra məsələlər haqqında məlumat verəcəyik.

Sonxeber.az-ın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən 7times.az-a bildirilib ki, kolbasa istehsalına, saxlanmasına və satışına qoyulan müvafiq standart və tələblərə riayət olunması vacibdir. Çünki istehlak üçün hazır qida məhsullarından biri olan kolbasa termiki emaldan keçirilmədən (sosis və sardel istisna olmaqla) qəbul olunur və bu insan orqanizminə ciddi təsir göstərə bilir. Belə ki, kolbasa məmulatı müxtəlif növ ət və ət məhsullarından hazırlanır. Bu məhsulları hazırladıqda növ və çeşidindən asılı olaraq tərkiblərinə əzələ toxumasından başqa, müxtəlif miqdarda piy toxuması, xörək duzu, su, bir sıra dad və rəngləyici maddələr, ədviyyat və s. əlavə edilir.

Kolbasa məmulatı alarkən onun bir sıra əlamətlərinə diqqət yetirmək vacibdir. Belə ki, kolbasa məmulatının (selefondan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olaraq, ətə yaxşı yapışmalı, qabığın üzərində kif olmamalıdır. Çiy hisə verilmiş kolbasa növlərinin qabığının üzərində kolbasanın ətinə keçməmək şərti ilə az miqdarda ağ kif hissəcikləri ola bilər. Belə kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır.

Məhsulun iyi və dadına gəlincə, bu növ kolbasalar üçün xarakterik olan və qatılan ədviyyatın xoş iyi və dadı hiss olunmalı, kənar maddələrin iyi, qaxsıma və turşuma kimi xoşagəlməyən iy və dad hiss olunmamalıdır. Kolbasa məmulatını bıçaqla kəsdikdə qiyməsinin rəngi həmin məlumatlar üçün xarakterik olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş yerlər olmamalıdır. Hisə verilmiş kolbasalarda qiymə bərabər dərəcədə çəhrayı olmalı, bozumtul ləkələr olmamalı, piyin rəngi ağ və ya çəhrayı olmalıdır.

Məmulatın konsistensiyasına gəldikdə isə, növündən asılı olaraq kolbasaların qiyməsi çox yumşaq və elastiki olur.

Kolbasa reseptində məmulata əlavə qatışıqların-nişasta, un və s. qarışdırılması da nəzərdə tutulur. Əks halda, kolbasa öz konsistensiyasını itirə bilər. Amma bəzən istehsalçılar əlavələri normadan artıq etməklə istehlakçını aldadırlar. Belə ki, normadan artıq qatışıqlar vurulanda kolbasada ətin miqdarı azalır və bu onun keyfiyyətinə təsir göstərir. Nəticədə istehlakçıya daha az enerji verən məhsul satılmış olur ki, bu da onların qanunvericiklə təsbit olunmuş hüquqlarının pozulmasına səbəb olur.

Ümumiyyətlə, hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş və bişmiş halda olan kolbasa növlərinin hər biri standartların tələblərinə, texniki şərtlərinə cavab verməlidir. Məsələn, bişmiş kolbasanın tələblərinə görə 100 kq kolbasaya 2,3 kq xörək duzu istifadə olunmalıdır. Bundan başqa, orqanizmə mənfi təsir göstərən ağır metal duzları, nitritin normadan artıqlığı və ya digər bakteroloji göstəricilər təhlükə törədərsə, bu məhsulların satışa buraxılması yolverilməzdir.

Kolbasalar müvafiq qaydada markalanır və etiketində aşağıdakı məlumatlar olmalıdır

- istehsalçının adı və ünvanı;

- əmtəə nişanı;

- istehsal və qablaşdırma tarixi;

- xalis çəkisi;

- məhsulun tərkibi;

- saxlama müddəti, saxlama şəraiti;

- qida əlavələri, aromatik əlavələr, bioloji aktiv qatışıqlar və digər inqrediyentlər;

- məhsulun hazırlanma üsulu;

- müvafiq standartın adı (nömrəsi) və s.

Kolbasa məmulatlarının növündən asılı olaraq saxlama və satış müddətləri müxtəlifdir. Belə ki, havanın nisbi rütubəti 75-78% olmaqla 0ºС-dən 6ºС-dək temperaturda:

- bişmiş, bişmiş-hisə verilmiş kolbasalar 60 sutka;

- yarım hisə verilmişlər 60 sutka, serviz doğramasında 20, porsion doğramalarda 30 sutka;

- batonlar 72 saat;

- paştetlər 24 saat, başqa bişmiş kolbasalar 48 saat;

- çiy-hisə verilmişlər 4 aya qədər saxlamaq olar;

- sosiska və sardelkalar 30 sutka saxlanıla bilər.

Bəzi növ kolbasaların saxlanma müddəti və şəraiti isə onlar üçün təsdiq edilmiş resepturalar əsasında müəyyən edilir. Belə ki, mənfi 9-7 dərəcədə:

- yarım hisə verilmiş kolbasalar 3 aya qədər,

- bişmiş hisə verilmiş kolbasalar 4 aya qədər,

- çiy hisə verilmiş kolbasalar isə 9 aya qədər saxlanıla bilər.

Kolbasanın çeşidindən və ona təsir edən amillərin xüsusiyyətindən asılı olaraq xarab olmasını göstərən əlamətlər müxtəlif olur. Xarab olmağa başlayan bütün kolbasa növləri üçün ümumi səciyyəvi xüsusiyyət onun səthində müxtəlif dəyişmələrin əmələ gəlməsidir. Belə ki, rəngin bozarması, yapışqanlı mayenin və kifin əmələ gəlməsi, üzərini örtən qabığın ətdən ayrılması, kolbasa ətinin yumşalması və suyun çoxalması, xoşagəlməz iy məhsulun xarab olmasını göstərən başlıca əlamətlərdir. Ona görə də kolbasa məmulatlarını alarkən istehlakçılar diqqətli olmalıdır. Üzərində etiketi olmayan, buraxılma tarixi, yararlılıq müddəti göstərilməyən və ya bu müddətləri ötən kolbasaları almayın. Ticarət şəbəkəsində mövcud tələblərə cavab verməyən şəraitdə saxlanılan keyfiyyətsiz kolbasa məmulatlarına rast gəlsəniz dərhal Dövlət Xidmətinə müraciət edin.
Kolbasalara ətdən başqa nələr qatılır? – DİQQƏTLİ OLUN!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3651   Tarix: 15 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

25 oktyabr
.

Xəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər

Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bu barədə Bankın məlumatında bildirilir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarın

26 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

26 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA

Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə

26 oktyabr