Yevlaxda yeni park istifadəyə verildi
Yevlaxda həyata keçirilən "Hər kənddə bir park" layihəsi çərçivəsində rayonunun Balçılı kəndində yeni park salınıb. Təxminən yarım hektar ərazidə inşa olunan parkda yaşıllıqlar salınıb, uşaq əyləncə və idman qurğuları, oturacaqlar quraşdırılıb və digər bütün lazımi şərait yaradılıb. Həmçinin parkda gecə işıqlanması sistemi quraşdırılıb.
Parkda həmçinin Balçılı kəndindən olan 1-ci Qarabağ müharibəsi şəhidi Yaqub Nəbiyevin və Vətən Müharibəsi şəhidi Mikayıl Əlibəylinin xatirəsinə xatirə bulağı da tikilib.
Parkın açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, ziyalılar, kənd sakinləri, şəhid ailələri və qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılışda çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı parkın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Yevlax rayonunda insanların asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə "Hər kənddə bir park" layihəsi həyata keçirilir. Layihə çərçivəsində rayonun digər kəndlərində də belə parklar inşa ediləcək. Balçılı kəndində salınmış bu parkın özəlliyi ondan ibarətdir ki, burada 2 şəhidin xatirəsinə bulaq tikilib, bu həm də burada vaxtının böyük hissəsini keçirəcək olan uşaqların, gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında mühüm rol oynayacaq.
Tədbirdə çıxış edən şəhid ailələrinın nümayəndələri, qazilər və sakinlər yaradılan şəraitə görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 904 Tarix: 15 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrSovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose
25 oktyabrXəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər
Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bu barədə Bankın məlumatında bildirilir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarın
26 oktyabrKafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli
26 oktyabrAzərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız
26 oktyabrAzərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25 oktyabr"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə
26 oktyabr