Bakının bu ərazisindən sakinlər köçürüləcək - VİDEO
Suraxanı rayonu, Zığ qəsəbəsi Xanlar və Hətəm Allahverdiyev küçələrində yerləşən evlərdə iri çatlar yaranıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, sürüşmə nəticəsində həmin ərazidə olan evlərdən bəziləri əyilib.
Evlərin hasarları, darvazaları və pilləkənləri isə yararsız vəziyyətə düşüb.
Sakinlər hələ də sürüşmə təhlükəsi olan bu ərazidə yaşayırlar.
Sakinlərin sözlərinə görə, sürüşmə zonasında təhlükə hər ötən gün artır.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehman Hüseynov "Xəzər Xəbər"ə bildirdi ki, məsələdən xəbərdardırlar və ərazidə sürüşmə aktivdir. 2015-ci ildən etibarən 2 mərhələ üzrə 105 ailə sözügedən ünvandan köçürülüb.
Qeyd edək ki, "Zığ-1" sürüşmə zonası kimi qeydə alınan bu ərazi ümumilikdə 55 hektar ərazini əhatə edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6656 Tarix: 15 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda tanınmış fotoqraf ÖLDÜ - FOTO
Qax rayon sakini Nəriman Zuliyev vəfat edib. -ın əldə etdiyi məlumata görə, N.Zuliyev rayonun ən tanınmış fotoqrafı hesab edilirdi. Onun hansı səbəbdən öldüyü məlum deyil
11 mayŞimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal
11 maySuriya WUF13-ə nümayəndə heyəti göndərəcək
Azərbaycan və Suriya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Suriya nümayəndə heyətinin Bakıya səfərinə hazırlıq məsələlərini müzakirə ediblər. xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb. "Azərbaycanın Dəməşqdəki müvəqqəti işlə
11 may