Bu gün Milli Dirçəliş Günüdür
Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
Sonxeber.az-ın məlumatına görə, bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan "Meydan hərəkatı" ilə bağlıdır.
1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə "Meydan hərəkatı" adlanan prosesin əsas qoyulub.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi "Meydan hərəkatı"nın əsasını qoyub. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan "Meydan hərəkatı"nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük "Meydan hərəkatı" Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.
Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nəriman Axundzadə ABŞ-da darmadağına şahid oldu
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Restoranlardakı kimi dadlı kartof qızartmaq hiyləsi
Qaraciyəri təbii yolla təmizləyən ƏSAS QİDALAR
Bu şəxslərə qayğanaq yemək OLMAZ
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ
Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı
Güclü külək əsəcək
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı: Polis hərəkətə keçdi
Messi futbolda ilk dəfə varisini AÇIQLADI
Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"