Xocavəndə icazəsiz getmək istəyənlər saxlanıldı

Xocavəndə icazəsiz getmək istəyənlər saxlanıldıİşğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər peşəkarlıqla davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə rayonun Böyük Tağlar kəndi ərazisindəki stasionar postda "Mersedes" markalı avtomobil saxlanılıb.

Yoxlamalar zamanı avtomobilin sürücüsü Ağdaş rayon sakini Dilən Kazımovun işğaldan azad edilmiş ərazilərdə işləməsi üçün müvafiq icazəsi olsa da, avtomobildə olan digər şəxs Bərdə rayon sakini Bəhruz Əliyevin isə müvafiq icazəsinin olmadığı müəyyən edilib.

Avtomobilə müəyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən, mühərrik hissəsindən və salonundan 80 kiloqrama yaxın müxtəlif metal məmulatları aşkar olunub.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1554   Tarix: 21 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021