"Qəbələ" "Sumqayıt"ı məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Sonxeber.az xəbər verir ki, turun son oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hər 3 qol ikinci hissədə vurulub. 65-ci dəqiqədə Ülvi İsgəndərov "qırmızı-qaralar"ı önə keçirib. Cəmi 2 dəqiqə sonra Rafael Utziq qonaqları növbəti dəfə cəzalandırıb. 80-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin müdafiəçisi Höccət Haqverdi buraxılan qollardan birinin əvəzini çıxıb. Lakin bundan 4 dəqiqə sonra "Sumqayıt" azlıqda qalıb. Komandanın kapitanı Vurğun Hüseynov rəqibin hücumunun qarşısını kobudluqla aldığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, "Qəbələ" bu qalibiyyət sayəsində xallarını 21-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. 11 xalı olan "Sumqayıt" isə 6-cı sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki 3 oyununda "Qarabağ" "Keşlə"yə 1:0, "Zirə" "Səbail"ə 3:1, "Sabah" isə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 871 Tarix: 21 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb
Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini
21 aprelSəhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ
Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını
14 aprelFutbolçu formasını 50 avroya satdı - Video
İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr
16 aprelMakqreqor qayıdır: Kiminlə və nə vaxt döyüşəcək?
İrlandiyalı Konor Makqreqor iyunun 30-a keçən gecə Las-Veqasda "Ultimate Fighting Championship" (UFC) turnirində amerikalı Maykl Çandlerlə döyüşəcək. Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib. Döyüş "UFC 303" turniri çərçivəsində baş tutacaq. Qeyd edək ki, Makqreqorun 35 yaş
15 aprelCOP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi yer məlum olub. report-a istinadən xəbər verir ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda keçiriləcək
15 aprel"Qalatasaray" İkardinin alternativini Fransada tapıb
Argentinalı ulduz Mauro İkardini əvəzləyə biləcək hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" Fransa bazarına üz tutub. Məlumata görə, "CimBom" "Liqa 2"də forma geyinən Zan Vipotniklə maraqlanır. Qeyd edək ki, klub hazırda ehtiyat hücumçu kimi komandada çıxış edə
19 aprel"Barselona"nın yeni baş məşqçisi o olacaq
Birminqemin "Aston Villa" klubunun baş məşqçisi Unai Emeri tezliklə Kataloniya "Barselona"sına rəhbərlik edə bilər. xəbər verir ki, bu barədə "Teamtalk" portalı məlumat yayıb. Mənbənin məlumatına görə, "Blauqrana" rəhbərliyi ispan mütəxəssislə əməkdaşlıqda maraqlıdı
20 aprel