Bu gün "Qara Cümə"dir: Bu ənənə haradan yaranıb?
Dilimizdə "Qara Cümə" kimi tərcümə edilən "Black Friday" ənənəsi artıq neçə ildir ki, ölkəmizdə də populyarlaşan və insanların səbirsizliklə gözlədiyi bir hadisədir. Bəs, bu "Qara Cümə" nə deməkdir ?
Lent.az xarici mətbuata istinadən sizə "Black Friday"in qısa tarixçəsini təqdim edir:
"Qara Cümə" ABŞ-da noyabr ayında qeyd olunan şükran günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın yeni il alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Buna baxmayaraq "Qara Cümə" termini son əsrlərə qədər elə də çox yayılmamışdı. "Qara Cümə" günü bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir və mağazaların açılışı çox erkən saatlarda, hətta gecə yarısı belə başlayır. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar.
"Qara Cümə" rəsmi bir tətil deyil, lakin həmin gün Kaliforniya da daxil olmaqla Amerikanın digər bir neçə ştatında dövlət işçiləri üçün "Şükranlıqdan sonrakı gün" adı altında iş günü hesab olunmur. Məktəblərdə isə həm Şükran günü, həm də ondan sonrakı cümə tətil elan olunmuşdu, bu da şənbə və bazar da daxil olmaqla dörd günü əhatə edən bir həftəsonu mənasını verir.
Bu endirim günü ilk dəfə 1961-ci ildə qəzetlərdə "Black Friday" kimi işıqlandırılmışdı. Həmin gün Filadelfiyada bu alış-veriş zamanı baş verən tıxac, sıxlıq nəticəsində yüzlərlə insan xəsarət almışdı.
"Black Friday" MDB ölkələrində ən çox Rusiyada qeyd edilir. Kanada və İngiltərədə də bu gün qeyd edilir və Amazon kimi onlayn alış-veriş saytları da endirimli satışlar həyata keçirirlər.
Azərbaycanda da bu hal müşahidə olunur. "Qara Cümə" artıq ölkəmizdə də xüsusi gün hesab olunmaqdadır. Belə ki, bir çox mağazalar həmin gündə endirim kampaniyalarına başlayırlar. Bu gün Azərbaycanda iri ticarət mərkəzlərində bir çox markalar endirimlər olacağını artıq bəyan ediblər.
Bu il "Qara Cümə" 26 noyabra təsadüf edir. Bu gün mağazalarda bir çox məhsullar endirimlər satılır. Geyimlər, ayaqqabı, kompüterlər, telefonlar, televizorlar ucuz qiymətə təklif edilir.
Qeyd edək ki, hər il ən çox satılan elektronika məhsullarıdır.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2411 Tarix: 26 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs
25 oktyabrBakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
26 oktyabrMasallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı
26 oktyabrKafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli
26 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrAzərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
25 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabrKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25 oktyabrPensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə
25 oktyabr