Bakıda keçmiş icra başçısının evinə basqın: Qadına hücum edildi, qızılları aparıldı - FOTO
Bakıda qabaqcadan əlbir olan bir qrup şəxsin törətdiyi quldurluq əməli ilə bağlı yeni təfərrüat bəlli olub.
Oxu.Az məhkəmə istintaqı materiallarına əsasən bildirir ki, Firudin İsmayılov, Kənan Müzəffərli, Kamran Abdulov və Dilbər Hacıyevanın cinayətinin hədəfi keçmiş icra başçısı olub.
Onlar Naxçıvan Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Vüqar Səfərovun Bakıda yerləşən mənzilinə daxil olaraq quldurluq aktını həyata keçiriblər.
Bunun üçün əvvəlcədən Vüqar Səfərovun yaşadığı evlə bağlı "kəşfiyyat" aparılıb və cinayət planı qurulub.
Firudin İsmayılov ifadəsində göstərib:
"Vüqar Səfərov əvvəllər icra başçısı işlədiyindən onun mənzilində çoxlu nağd pul olduğunu fikirləşdik. Təxminən üç ay ərzində həmin əraziyə baxış keçirərək mənzilə basqın etməyi planlaşdırdıq".
Cinayətkarlar iz itirmək üçün özlərində olan avtomobilin "PZ" seriya hərflərinin "RZ" kimi oxunması üçün həmin seriya hərfinin üzərinə qara rəngli yapışqanlı lent yapışdırıblar.
Dörd nəfər şübhə çəkməmək üçün aralarında belə razılığa gəlir ki, Dilbər bədən və sifətini gizlətmək məqsədilə müsəlman qadınların hicab geyimini əldə edib geyinsin.
Quldurluğa gedərkən Dilbərə hicab alınır və o, bu geyimi geyinir. Dilbər keçmiş icra başçısının mənzilinin qapısını döyərək yalandan Ramazan ayı ilə əlaqədar "Qurban payı" gətirdiyini bildirir.
Qapı açıldıqda isə Firudin İsmayılov və Kamran Abdulov evdəki qadına yumruqla vurublar, onu azyaşlı qızına nəsə edəcəkləri ilə hədələyiblər.
İstintaq materiallarından aydın olur ki, həmin vaxt Vüqar Səfərov evdə yox, Naxçıvanda imiş.
Quldurluq edənlər dəyəri min manat təşkil edən gümüş sırğanı, gümüş üzüyü, gümüş qolbağını və 1 cüt qızıl sırğanı ələ keçirib mənzildən çıxırlar.
Onları avtomobillə həyətdə gözləyən Kənan Müzəffərlinin köməkliyi ilə hadisə yerindən uzaqlaşıblar.
Məhkəmə ifadələrinə əsasən qeyd etmək olar ki, quldurluq edənlər pul məsələsində yanılıblar, belə ki, onlar Vüqar Səfərovun mənzilində 50 000 manat olduğunu düşünsələr də, həmin məbləği tapa bilməyiblər.
Məhkəmənin hökmü ilə qrup üzvləri Cinayət Məcəlləsinin Quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək hərəsi doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Bildirək ki, məlum hadisə 2021-ci ilin aprelin 26-da baş verib.
Qeyd edək ki, Vüqar Səfərov 2001-2018-ci illərdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2846 Tarix: 26 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs
25 oktyabrBakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
26 oktyabrMasallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı
26 oktyabrKafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli
26 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrAzərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
25 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabrKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25 oktyabrPensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə
25 oktyabr