Pandemiya səbəbindən gözləri zəifləyən uşaqların sayı artıb

Pandemiya səbəbindən gözləri zəifləyən uşaqların sayı artıbHazırda da davam edən COVID-19 pandemiyasının dünyaya təsiri həm də əhali arasında göz xəstəliklərinin artımı ilə bağlı oldu. Artıq bir çox ölkələr insanların, xüsusilə uşaqların görmə problemlərində olan artımı məhz pandemiya ilə əlaqələndirirlər.

Pandemiya dövründə məktəblərin bağlanaraq dərslərin distant formada keçirilməsi, uşaq və gənclərin həmişəkindən daha çox evdə qalaraq elektron cihazların ekranlarına uzun müddət baxması onların görmə qabiliyyətinə xeyli təsir edib.

ABŞ-da aparılan sorğuda iştirak edən valideynlərin 70 faizi pandemiya dövründə övladlarının gündə ən azı 4 saat elektron cihazların ekranlarına baxdığını açıqlayıb. Pandemiya ilə əlaqədar karantin səbəbindən evdə oturan 6-8 yaşlı 120 min uşaqda görmə qabiliyyətini araşdıran Çin mütəxəssisləri də aydınlaşdırıblar ki, uşaqlarda miyopi (uzaqdangörmə qabiliyyətinin azalması) və digər görmə pozuntularına rast gəlmə sıxlığı əvvəlki 5 illə müqayisədə üç dəfə çoxalıb. Onlayn dərs, oyunlar və digər səbəblərdən uşaqların elektron cihazların ekranları qarşısında keçirdikləri vaxt 2,5 saat uzanıb. Bu səbəbdən görmə qabiliyyəti normal olan uşaqlar uzağı zəif görməyə başlayıblar, görmə qabiliyyəti yaxşı olmayan uşaqların isə görməsi daha da pisləşib.

Azərbaycana gəldikdə, ölkədə pandemiyanın əhalinin görmə qabiliyyətinə hansı formada təsir etməsi ilə bağlı hər hansı araşdırma aparılmayıb. Amma son 10 il ərzində qeydə alınan xəstəlik saylarında baş verən artımda pandemiyanın rolunun olması da inkar edilmir. Məsələn, rəsmi rəqəmlərə görə, 2010-cu ildə Azərbaycanda 42604 nəfər göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkibsə, 2020-ci ildə belə şəxslərin sayı 72471-ə yüksəlib. Onların 30718-i (2010-cu ildə 20773 nəfər) yaşı 18-dək olanlardır ki, həmin uşaqlar arasında da yaşı 13-dək olanların say çoxluğu xüsusi diqqət çəkir. 2010-cu ildə yaşı 13-dək olan 17636, 2020-ci ildə isə 22685 uşaqda göz xəstəlikləri olub.

Miyopiya problemi olanlar yaxından görmədə çətinlik çəkmirlər, ancaq uzaqdakı obyektləri bulanıq seçirlər. Miyopiyada gözə daxil olan şüalar görməni təmin edən təbəqə sayılan tor qişanın önünə düşür. Bu səbəbdən baxılan obyektlər tor qişada aydın olmur və o, bulanıq görünür. Miyopiyanın əsas simptomları gözlərin qıyılması, tez-tez ovuşdurulması, bulanıq görmədir.

Türkiyənin Göz Vəqfi Xəstəxanalarının direktoru Barış Yeniad deyir ki, uşaqlarda bu simptomların olmasına xüsusi diqqət yetirmək lazımdır. Çünki onlar görmə dəyişikliklərinə tez uyğunlaşır və bu dəyişikliklərdən şikayət etməyə bilərlər. B.Yeniad artıq Türkiyədə xəstəxanalara bu şikayətlərlə daxil olanların sayının artdığını söyləyib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva nəzərə çatdırır ki, Azərbaycanda da miyopiyalı insanların sayı getdikcə artır. Pandemiya səbəbindən insanların telefon, planşet və kompüterlə daha çox təmasda olması miyopiya problemi ilə xəstəxanaya müraciət edənlərin sayının çoxalmasına gətirib çıxarıb. Müraciət edənlərin arasında uşaqlar xüsusilə üstünlük təşkil edirlər. Məktəbyaşlı uşaqlar arasında pandemiyadan əvvəl də müşahidə edilən bu xəstəlik halları indi daha çox artıb.

Miopiyanın inkişafının ən çox məktəb və tələbəlik dövrünə düşdüyünü deyən həkim-oftalmoloq bunu həmin illərdə gözlərin çox gərgin işləməsi ilə izah edir: "Xəstəlik göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir. Göz alması öz normal formasını dəyişərək uzanır, ovallaşır. Nəzərə alaq ki, ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir. Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirib çıxarır. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi gününü kompüter, telefon qarşısında keçirənlərin ümumi probleminə çevrilir".

Y.Abdıyeva tövsiyə edir ki, miyopiyanın inkişafının qarşısının alınması olduqca vacibdir, çünki bu vəziyyət sonradan katarakt və qlaukoma kimi daha ciddi göz xəstəliklərinə səbəb ola bilər. Miopiyanın artmasının qarşısını almaq üçün eynəkdən (və ya linza) istifadə qaydalarına riayət etmək, həmçinin müntəzəm olaraq görmə qabiliyyətini yoxlatmaq lazımdır. Miopiyası olan uşaqlara bədən tərbiyəsi ilə məşğul olmaq xeyirli hesab edilir. Ancaq bu zaman onları ağır fiziki gərginliyə məruz qoymaq da olmaz. Boks, güləş, ağır atletika kimi idman növləri ilə məşğul olmaq onlar üçün əks-göstəriş hesab edilir.

Kompüter, televizor və planşetdən istifadəyə uşaqların daha çox meyilli olduğunu vurğulayan Y.Abdıyevanın sözlərinə görə, saatlarla televizor, kompüter və planşetdən istifadə etmək onları cihazlardan asılı vəziyyətə salmaqla yanaşı, sosial mühitlə əlaqələrini də zəiflədir.

Texnologiyalara olan bu aludəçilk keçid dövrünü yaşayan yetkinlik yaşlı uşaqlarda özünə qapanmaya, məktəb yoldaşlarına, ətrafındakı başqa insanlara qarşı aqressiv davranışların nümayiş edilməsinə və digər xoşagəlməz hallara gətirib çıxarır. Buna görə istər kompüter və planşetdən, istərsə də televizordan istifadə müəyyən çərçivədə olmalı, uşaqların texnologiyalardan istifadə etməsi, kompüter qarşısında oturması müddətinə nəzarət etmək lazımdır. Araşdırmalara əsasən, 2 yaşına qədər olan uşaqlara televizora, planşetə, kompüterə baxmaq, ümumiyyətlə, məsləhət görülmür. Bu, televizorun, planşetin, kompüterin uşağın yalnız gözlərinə deyil, onun mərkəzi sinir sisteminə də mənfi təsir etməsi ilə (bu sistemin həddindən artıq qıcıqlandırılmasına səbəb ola bilər) əlaqədardır. 3-4 yaşlı uşaqlar kompüter, planşet önündə 25 dəqiqə, 5-6 yaşlı uşaqlar 35 dəqiqə, 7-8 yaşlı uşaqlar isə 40 dəqiqə otura bilərlər. Uzun müddət ərzində televizor verilişlərinə baxmaq, kompüter, planşet arxasında əyləşdikdə gözlər bir nöqtəyə zillənib qalır və nəticədə tənbəlləşir, daha az qırpılır. Bu da gözləri qurudur, qızarma, qaşınma, yaşarma, ağrı kimi problemlər yaradır. Kompüterlə 4-6 saatdan çox təmasda olmaq xüsusilə gözdə problemləri olanlar üçün təhlükəlidir. Uzun müddət ərzində kompüterdən istifadə etdikdə uşağın yalnız gözləri zərər çəkmir, bu zaman onda baş ağrıları, yorğunluq və digər patoloji hallar da baş verir.\Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1181   Tarix: 27 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr