Avtobus sürücüsünə hücum edildi - VİDEO + AÇIQLAMA
Bu gün "Faiqoğlu" şirkətinin müvəqqəti istismarında olan 114 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur.
Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yayıb.
"Sərnişinin avtobusu dayanacaqdan kənarda saxlaması tələbinə əməl etməyən sürücünün təhqir olunaraq döyülməsini qəti şəkildə pisləyirik.
Bu cür halların yolverilməz olduğunu qeyd edərək bir daha bildiririk ki, sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və burada hər kəsin - istər sürücü, istər sərnişinlərin mütləq əməl etməli olduqları qaydalar var. Müntəzəm marşrut xətti avtobuslarla səyahət edən sərnişinlərin minib-düşməsi hərəkət sxemi boyunca müəyyən olunan dayanacaq məntqələrində olmalıdır.
Dayanacaq məntəqəsindən kənarda avtobusu saxlayıb sərnişin mindirib-düşürmək qayda pozuntusudur və inzibati məsuliyyət yaradır", - məlumatda deyilir.
***
11:39
Bu gün Bakı şəhər Binəqədi rayonu ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü hücuma məruz qalıb.
30-35 yaşlı şəxs Hökməli dairəsi yaxınlığında hərəkətdə olan 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlamasını tələb edib. Avtobus bir qədər öndə yerləşən dayanacağa çatıb saxladıqdan sonra həmin şəxs qaçaraq nəqliyyat vasitəsinə daxil olub və sürücünü təhqir edərək onu döyməyə, zərbələr endirməyə başlayıb.
Xuliqanlıq əməlinə davam edən şəxs sürücünün başını avtobusun ön şüşəsinə vuraraq partladıb. Avtobusdakı sərnişinlərin müdaxiləsindən sonra xuliqanlıq edən şəxs nəqliyyat vasitəsindən endirilib.
Xəsarət alan sürücüyə tibbi yardım göstərilib və ona yetirilmiş xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib. Hadisə vaxtı avtobusun ön şüşəsi qırılıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 "qaynar xətti"nə müraciət edilib, araşdırma aparılır./UNİKAL/
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2747 Tarix: 27 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb
Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində avtomobil su hovuzuna düşüb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub. Dalğıclar tərəfində
11 iyulÇimərlikdə hicablı ana və qızına qarşı təhqir: "Rədd olun, gedin" - VİDEO
Seferihisardakı qalmaqallı çimərlik hadisəsi ilə bağlı 1 nəfər saxlanıldı. Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda hicablı ana və qızına qarşı edilən təhqirlərlə gündəmə gələn hadisə ilə bağlı yeni inkişaf yaşanıb. bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyə Ədliyyə Nazirliyini
6 iyulQonaq gözləyən ailənin evinə ilan gəldi - VİDEO
Türkiyənin Hakkari vilayətinin Derecik rayonunda qonaq gözləyən ailənin evinə ilan daxil olub. xarici mediaya istinadla xəbər verir ki, hadisə axşam saatlarında rayonun Başkaya məhəlləsində baş verib. Sönmez ailəsi evdə qonaq qarşılamaq üçün hazırlıq görərkən, isti hava səbəbindən otaqları havalandırma
7 iyulDişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb
Hindistanın Qucarat ştatında dişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb. Hadisənin mobil telefonla lentə alınan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Qucarat ştatının Qaraciya kəndində baş verib. Yerli sakin Kalubhay Boqhabhay Qamar
9 iyulMetroda qadına qarşı əxlaqsız hərəkət iddiası! - VİDEO
İstanbul metrosunda baş verdiyi bildirilən xoşagəlməz hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. xarici mediaya istinadla xəbər verir ki, Maltepe stansiyası yaxınlığında bir kişi sərnişin vaqonda qarşısında əyləşən qadına yönələrək əxlaqsız hərəkətlər edib. Məlumata əsasən, ağ köynək və qara şalva
10 iyulTərk edilmiş evdə qadın meyiti tapıldı - VİDEO
Türkiyənin İstanbul şəhərinin Kartal rayonunda tərk edilmiş bir gecəqonduda kimliyi müəyyən edilməyən qadın meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Cevizli məhəlləsində baş verib. Məlumata görə, küçədən keçən şəxslər bir mərtəbəli boş evin içində hərəkətsi
7 iyul