Avtomobili nömrəsiz idarə edən şəxs: "Maşını "160"la sürürəm" - VİDEO
Azərbaycanda qazi avtomobili nömrəsiz idarə edib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
"Naz Lifan" markalı avtomobili nömrəsiz idarə edən şəxs yol polisi tərəfindən saxlanılıb.
Görüntülərdə özünü 90-cı illərin Qarabağ müharibəsi qazisi kimi təqdim edən şəxs avtomobili saatda 150-160 kilometr sürətlə sürdüyünü etiraf edib və dövlət nömrə nişanlarını çıxarmaqda səbəb kimi sürətlə getdiyi üçün radara düşmək istəməməsini göstərib.
Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, yol hərəkəti qaydalarına düzgün əməl edilməməsinin ağır fəsadları da olur:
"Biz hüquqi dövlətdə yaşayırıq və yol hərəkəti qaydaları da dövlətimizin qanunla qorunan və həyati əhəmiyyət kəsb edən səhəsidir. Hamımız onu da bilirik ki, bəzən sadə hesab edilən və məsuliyyətsiz yanaşılan yol hərəkəti qaydalarına düzgün əməl edilməməsinin ağır fəsadları da olur".
O qeyd edib ki, 2021-ci ilin 10 ayı ərzində yol-nəqliyyat hadisələrində 500-dən artıq insan həyatını, 1200-ə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla sağlamlığını itirib.
"Hüquq qaydası nəyi müəyyən edibsə, ondan nə artıq, nə də əskik heç kim addım ata bilməz.
Kimsə hüquqi statusundan, ictimai nüfuzundan, vəzifə səlahiyyətindən, tutduğu mövqeyindən asılı olmayaraq, qanunun tələblərinə qeyd-şərtsiz əməl etməli və bunu özünə ləyaqət borcu bilməlidir. Bir daha hamını qanunların tələbləri çərçivəsində həyat tərzi keçirməyə çağırırıq", - deyə o qeyd edib.
A.Əsgərli sürücüləri nəqliyyat vasitəsini nömrəsiz idarə etməməyə səsləyib:
"Avtomobilin dövlət qeydiyyat nişanı üzərində Azərbaycanın atributları var. Avtomobilin dövlət nömrə nişanı əsas elementlərdən biridir. Avtomobili nömrəsiz idarə edilməsi inzibati xətadır və bu əmələ görə cərimə nəzərdə tutulur. Sürücülər maşının bir nömrəsini gizlətməklə 40, iki nömrəni gizlətməklə isə 60 manat cərimə olunurlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2552 Tarix: 30 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
26 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrOnların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabrYeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
25 oktyabrBakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat
24 oktyabrAyın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas
26 oktyabrAzərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini
24 oktyabrAzərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı
25 oktyabr