Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarının keyfiyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Belə iddiaların araşdırılması zamanı müəllif hüquqlarının qorunması, məsul qurumların nəzarət mexanizmləri və gələcəkdə oxşar halların qarşısının alınması məsələləri də diqqət mərkəzinə gəlir.
Bəs, məktəb dərsliklərində plagiatın aşkarlanması üçün hansı yoxlama mexanizmləri tətbiq olunur, bu prosesə hansı qurumlar nəzarət edir və dərsliklərin elmi keyfiyyətini artırmaq, müəllif hüquqlarının pozulmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması zaman-zaman müşahidə olunan məsələlərdəndir.
"Bəzi hallarda müəlliflər başqa müəlliflərin fikirlərindən istinad göstərmədən istifadə edir və ya beynəlxalq dərsliklərdə yer alan məlumatları öz əsərlərinə daxil edirlər. Düşünürəm ki, bu məlumatlar müvafiq istinadlar və ədəbiyyat siyahısı göstərilməklə təqdim olunarsa, daha məntiqli və məqsədəuyğun olar. Bu halda mənbələrə düzgün istinad edilməsi plagiat riskini aradan qaldırmağa kömək edər. Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş dərsliklərin hazırlanması qaydalarına mütləq riayət olunmalıdır. Dərsliklərdə təqdim edilən məlumatlar dəqiq, yığcam və elmi cəhətdən əsaslandırılmış olmalıdır. Dərslik siyasəti ilə bağlı müvafiq qurumlar müəlliflərlə işləməli, onların məsuliyyətini artırmalı və dərsliklərin hazırlanması prosesinə daha ciddi yanaşılmasını təmin etməlidirlər".
Ekspert bildirib ki, mənbələrin və istinadların düzgün göstərilməsi, eləcə də təqdim olunan məlumatların həqiqiliyinin yoxlanılması xüsusi əhəmiyyət daşıyır:
"Plagiat hallarının və elmi əsası olmayan iddiaların dərsliklərdə yer almasının qarşısı alınmalı, belə hallarla bağlı müvafiq tədbirlər görülməlidir. Müəlliflərin bu cür pozuntulara yol verdiyi təsdiqlənərsə, onların dərsliklərin hazırlanması prosesində iştirakına yenidən baxıla, zərurət olduqda başqa müəlliflər cəlb edilə və müqavilə şərtlərinə uyğun tədbirlər görülə bilər. Dərsliklərin keyfiyyətinin artırılması üçün yalnız mövcud müəlliflərlə kifayətlənməmək, prosesə müxtəlif mütəxəssisləri də cəlb etmək lazımdır. Dərsliklər hazırlanarkən ekspertlərin rəyləri, valideynlərin təklifləri və müvafiq sahələr üzrə gənc alimlərin fikirləri nəzərə alınmalıdır. Bu yanaşma dərsliklərdə yarana biləcək problemləri əvvəlcədən müəyyənləşdirməyə, onların aradan qaldırılmasına və tədris materiallarının keyfiyyətinin yüksəldilməsinə kömək edə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
"Anamla atam ailə qurmağımı istəyir"
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
"WhatsApp"da hamının xoşuna gələcək iki YENİLİK - ARTIQ BELƏ OLACAQ...
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...