Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızın pensiyalarına aylıq pensiya əlavəsi hesablanacaq".

Modern.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov öz şərhində bildirib.

Deputat qeyd edib ki, sosial yığımlar əsasında müəyyənləşdirilən pensiya məbləğinə aylıq sabit məbləğlər əlavə olunacaq və bu da pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq:

"Hazırda bu kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiyaları kapitala əsasən deyil, əməkhaqqı məbləğlərinə uyğun müəyyənləşir. Yeni dəyişikliklər sığorta mexanizmini gücləndirdiyindən bu şəxslər pensiyaya çıxarkən onların fərdi şəxsi hesablarındakı yığıma əsasən müəyyənləşən məbləğə sabit əlavələr ediləcək. Söhbət dövlət qulluqçuları, Müdafiə Nazirliyinin hərbi qulluqçuları və bir sıra digər kateqoriya şəxslərdən gedir.

Sadə misala izah etsək: Əgər bu kateqoriyaya uyğun gələn vətəndaşın 100 min manat pensiya kapitalı varsa, o vəsaitin 85 faizi fərdi hesabda cəmləşəcək. Yəni fərdi hesabda 85 min manat vəsait olacaq.

Həmin şəxsin yığım əsaslı pensiya məbləğinin müəyyənləşdirilməsi üçün o vəsait 144-ə bölünəcək (85000 manat/144= 590.2 manat). Deməli, həmin vətəndaşımızın yığım əsaslı pensiya məbləği 590.2 manat olacaq. Vətəndaşımız qeyd edilən xüsusi kateqoriyaya daxil olduğu üçün onun yığım əsaslı pensiya məbləğinə sabit vəsait əlavə olunacaq. Nəticədə: Aylıq pensiya məbləği = 590.2 manat + sabit əlavə kimi hesablanacaq.

Yeni qaydalarla pensiya ve pensiya əlavəsinin proaktiv təyinatı həyata keçiriləcək. Yəni həmin vətəndaşlarımız heç bir dövlət qurumuna müraciət etməyəcəklər və onların pensiya məbləği elektron olaraq müəyyənləşəcək və təyin ediləcək. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşəcək. Yəni, Qanuna edilən dəyişikliklər təsdiq olunan zaman Fərmanla aylıq pensiya məbləğini təyin edəcək qurum da müəyyənləşəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 124   Tarix: 25 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Şagirdlər hazır cavablara öyrəşir: Süni intellekt təhsilə necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edə

23 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr