Növbəti kargo şirkətindən TOPLU ŞİKAYƏT: Məhsulları çatdırmırlar, ofislərin bağlayıblar
Bildiyiniz kimi, xaricdən sifariş etmək üçün Bakıda bir çox karqo şirkətləri fəaliyyət göstərir. Bunlardan biri də "Cargoline" şirkətidir. Bu şirkətlə bağlı bu gün redaksiyamıza artıq ikinci şikayət daxil olub.
Sonxeber.az-n məlumatına görə, şikayətçi Günel Hümbətova və Rəvanə Vəlixanova oktyabr ayında adı çəkilən şirkət vasitəsilə Türkiyə saytlarından biri olan "Trendyol"dan məhsullar sifariş ediblər, amma hələ də bağlamaları təhvil verilməyib.
Şikayətçi Günel Hümbətova bildirir ki, sifarişin şirkətin Türkiyə ofisinə çatmasından artıq 45 gün keçib, amma hələ də məhsullardan heç bir xəbər yoxdur:
""Trendyol"dan bir neçə məhsul sifariş etmişdim. Karqo şirkəti olaraq da "Cargoline" şirkətini seçmişdim. 15 oktyabr tarixində bağlamalarım şirkətin Türkiyə ofisinə çatdı. Amma 45 gün keçməsinə baxmayaraq, sifarişlərimi mənə təhvil verməyiblər. Ondan sonra başqa karqo şirkətiylə sifariş verdiyim məhsulları artıq əldə etmişəm. Bunlar isə yalan vədlər verirlər. Gah daha 1 həftə gözləməyimizi istəyirlər, "6-cı gün çatacaq" deyib "yola verirlər". Axırıncı dəfə də həftənin sonu sifarişin təhvil veriləcəyini desələr də, səs-soraq yoxdur. İndi isə zənglərə cavab vermirlər. Sumqayıtda yaşayıram, oradakı ofislərini bağlayıblar. Guya yenisini açacaqdılar, amma açmadılar".
Şikayətçi Rəvanə Vəlixanova isə qeyd edir ki, tək o yox, bir neçə qohumları da şirkətin "qurban"ı olub:
"700 tl-lik (təxminən 93 manat) məhsulum hazırda "Cargoline" adlı karqo şirkətindədir. Bu sifarişləri 17 oktyabr tarixində vermişdim, 21 oktyabrda isə onların xarici anbarına çatdı. Aradan 40 gün keçib, hələ də heç biri gəlməyib. Amma hər həftə "bu həftə gələcək" deyib aldadırlar. Axırıncı dəfə də dedilər ki, bu həftənin 4-5-ci günləri təhvil verəcəyik. Mən isə inanmıram. Tək mən yox, qohumlarımızdan da bir neçə nəfər sifariş verib və aldadılıb. Dünən Bakıxanov qəsəbəsində yerləşən ofislərinə getmişdim, bağlı idi".
Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xatırladaq ki, 27 oktyabr tarixində bu karqo şirkəti ilə bağlı daha bir şikayət dərc etmişdik:
"Cargoline" adlı kargo şirkətindən ŞİKAYƏT VAR








Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2261 Tarix: 01 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
26 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrOnların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabrYeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
25 oktyabrBakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat
24 oktyabrAyın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas
26 oktyabrAzərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini
24 oktyabrAzərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı
25 oktyabr