Hər kəsin sevimlisinə çevrilən müəllim niyə işdən çıxdı? - SƏBƏB

Hər kəsin sevimlisinə çevrilən müəllim niyə işdən çıxdı? - SƏBƏBArtıq bir neçə ildir ki, xeyirxahlığı, kreativ dərs keçmə üsulu ilə seçilib sevilən və tez bir zamanda sosial şəbəkə fenomeninə çevrilən 30 yaşlı tarix müəllimi Həbib Əlizadədən xəbər var.

Onun vaxtilə Astaranın Şüvi kəndindən Lənkəranın dağlıq Gəgiran kəndinə uzun yol qət edərək məktəbdə işləməsi, yenilikçi kimi çıxış edərək musiqili və əyləncəli dərs keçməsi, velosipedlə kəndləri gəzərək şagirdlərə maraqlı kitablar paylaması ölkədə böyük marağa səbəb olub. Lakin hazırda Astara rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbində çalışan müəllim ikinci işindən ayrılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Həbib Əlizadə özünün "Facebook" səhifəsində bildirib.

Hamının sevimlisi olan müəllim qarşılaşdığı haqsızlıqlar barədə yazaraq, işdən çıxma səbəbini belə açıqlayıb:

"Bu gün ikinci iş yeri kimi müvəqqəti işlədiyim Astara 2 nömrəli məktəbdən çıxdım. Əslində yanvara qədər işləyəcəkdim. Bəs niyə indi yekunlaşdırdım?

Deməli, kollektivin içindən bir qrup müəllim müvəqqəti işləməyə gəlsəm belə mənə qarşı sistemli işə başladılar. Əvvəlcə siniflərdə şagirdlərə mənim qeybətimi edib məni gözdən salmağa çalışdılar. Bu istədikləri nəticəni verməyəndə isə başladılar valideynlərin adından istifadə etməyə. Bu da istədikləri effekti vermədi.

Təsəvvür edin ki, qısa müddətdə hər sinif üzrə olimpiada üçün şagird seçib maddi qarşılıqsız olimpiada dərsləri təşkil etdim. Bir çox əlavə fəaliyyətlər etməyə başladım. Son nəticədə bütün məktəb bunlardan xeyir görəcəkdi. Amma nə etdilər? Demək olar ki, hər həftə növbə ilə dərs vaxtlarında sinfə girib dərsdən səs gəldiyini deyib şikayətlənməyə başladılar. Bunu sənədləşdirməyi təklif edəndə isə bundan imtina edirdilər.

Şagirdlərin qısa zamanda mənimlə səmimiyyətini görüb başqa bir yola əl atdılar.

Təəssüf ki, bir qrup şagirdi bu çirkin prosesdə istifadə edib mənə qarşı qaldırmağa belə çalışdılar. Hətta bir neçə şagirdə mənə qarşı ərizə yazdırmağa cəhd də etdilər.

Sonra mənim haqqımda şikayətlənməyə başladılar. Göstərdikləri səbəb həm gülməli, həm təhsilin vəziyyətinin nə qədər ağlamalı olduğunu göstərirdi. Deməli, şikayətdə deyiblər ki, Həbib müəllim şagirdlərə sərbəstlik verir, bu da onlara dərs keçməyə güya imkan vermir.

Bir anlıq özümün sanki 100 il geriyə qayıtdığımı hiss etdim. Elə bil zaman maşınına minib 2 nömrəliyə getmişdim. Əslində, bu şikayətlər onların niyə bu qədər narahat olduğunu açıq-aydın ortaya qoymağa yetirdi və artırdı da. Qurduqları avtoritar sistem öz təsirini itirməyə başlamışdı. Ona görə də "Ümumi məqsəd" üçün çalışırdılar. Və bütün bunların başında illərdir məktəbdə"kök" salmış səlahiyyətli şəxslərindən biri dururdu.

Təbii ki, bunları bütün kollektivə aid etmək olmaz, hörmət edənləri də çox gördüm. Amma təşkilatlanmış bir qrupa sanki hamı tamaşa edirdi.

Bütün bu proseslər bu şəkildə davam edəndə oturub çoxlu analiz apardım. Gördüm ki, hədsiz işlərimin içində bu tiplərlə məşğul olmağa dəymir. Çünki cəmi 2 aydan sonra onsuz da bura ilə sağollaşacağam.

Öz yenilikçi, təşəbbüskar həmkarına qarşı bu qədər sistemli və təşkilatlanmış şəkildə hörmətsizlik edənlərin arasında daha 2 ay işləməyə dəyməzdi. Vaxtından tez gedib belələrinin çirkabına bulaşmamaq və bunları öz çirkabıyla baş-başa buraxmaq lazım idi. Elə də etdim. Qalmaqal olmaması üçün vaxtından tez sağollaşdım.

O məktəbdə isə bu "qrup"un qarşısı alınmayınca heç bir keyfiyyətli iş görmək mümkün olmayacaq və bu məsələ tək mənimlə də məhdudlaşmır.

Ora təzə təyin olunan və fəaliyyətlərimə də müsbət yanaşan direktora bu gün ərizəni təqdim etdim. Direktora dedim ki, cəmi 2 ayda burada maksimum şəffaf işləməyə cəhd etdiyini gördüm. Ona görə də ona sadəcə səbir və dözüm arzu edirəm. Orada vicdanla çalışan müəllimlərə də bol səbir diləyirəm.

Amma kənardan ora baxıb övladlarınıza necə tip adamların müəllimlik etdiyini gördükdə insan sadəcə təəssüflənir. Bu həm də təhsilin düşdüyü vəziyyətin və onun xilasına çalışanların vəziyyətinin müqayisəli xülasəsidir".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3499   Tarix: 30 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

26 oktyabr
.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

25 oktyabr
.

Bakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat

24 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25 oktyabr