"Prezidentimizin bu çıxışı dövlətimizin gücünün, nüfuzunun göstəricisidir" - Deputat
"Vətən müharibəsində əldə olunan möhtəşəm zəfərdən sonra yaranmış yeni reallığa əsasən, Azərbaycanın formalaşdırdığı əməkdaşlıq platforması İƏT ölkələri üçün də faydalı olacaq".
Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə deyib.
O bildirib ki, Azərbaycan regionun mühüm əhəmiyyətə malik təşkilatlarından biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olmaqla yanaşı, həm də təşkilatın inkşafında xüsusi rol oynayır:
"Təbii ki, bütün bu amillər ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasətin nəticəsidir. Məhz cənab Prezidentin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın İƏT-ə üzv dövlətlərlə münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanır. Bu gün Azərbaycan Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan kimi ölkələrin daxil olduğu İƏT çərçivəsində əməkdaşlığa önəm verir və səmərəli fəaliyyət göstərməsində də maraqlıdır.
Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsi və Ermənistan tərəfindən 30 illik işğal müddətində Azərbaycan torpaqları ilə yanaşı, mədəni, dini, tarixi abidələrin yerlə-yeksan edilməsi kimi bir sıra vacib məsəslələrə toxundu.
Heç şübhəsiz ki, Zəngəzur dəhlizinin reallaşması, Azərbaycanla yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün də bir sıra yeni imkanlar yaradacaq və fayda gətirəcək. Belə ki, Zəngəzur dəhlizi İƏT üzvlərinin əməkdaşlıq və ticarət əlaqələrinin inkişafına əlavə imkanlar yaradacaq. Yəni yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək, İƏT-ə üzv ölkələr də bu dəhlizdən istifadə edəcəklər. Yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək".
Deputat vurğulayıb ki, Zirvə Toplantısı zamanı qəbul olunan Aşqabad Bəyannaməsində Azərbaycanın da maraqlarını ifadə edən bir sıra müddəalar əks olunub:
"İlk olaraq, Bəyanamədə ərazi bütövlüyümüzün təmin edilməsi münasibətilə Azərbaycan xalqı və hökumətinə təbrik ünvanlanıb. Eyni zamanda, təşkilata üzv ölkələr işğaldan azad olunan Azərbaycan ərazilərinin qurulmasına və yenidənqurma layihələrinə investisiya qoyamağa çağırılır. 30 illik işğala son qoyulduqdan sonra Azərbaycanın yalnız özünün maliyyə resurslarına arxalanaraq bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlaması, sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi Azərbaycan Prezidentini İƏT-də də güclü, qurucu lider kimi tanıtdı. Ən önəmlisi isə, cənab Prezidentin İƏT-in XV Zirvə toplantısındakı çıxışı dövlətimizin gücünün, nüfuzunun və sürətli inkişafının göstəricisidir.
Ümumiyyətlə, İƏT üzvlərinin əməkdaşlığı, Azərbaycan daxil, bütün üzv ölkələrə böyük faydalar verə bilər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
"Anamla atam ailə qurmağımı istəyir"
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
"WhatsApp"da hamının xoşuna gələcək iki YENİLİK - ARTIQ BELƏ OLACAQ...