Hüseyn Cavidlə bağlı nadir unikal kadrlar - VİDEO
AZTV-nin Yutub kanalında Hüseyn Cavidlə bağlı nadir unikal kadrlar yayımlanıb.
BAKU.WS xəbər verir ki, videoda H.Cavidin nəşinin Azərbaycana gətirilməsi əks olunub. Yayımlanan kadrlar 1982-ci ilə aiddir. Ulu öndər Heydər Əliyev 1982-ci ildə - Hüseyn Cavidin anadan olmasının 100 illiyində onun İrkutskdakı məzarının aşkar edilməsinə və cənazəsinin qalıqlarının oktyabrın 26-da Azərbaycana gətirilməsinə nail olub.
Görüntülərdə H.Cavidin nəşinin təyyarədən düşürülməsi, onunla vida mərasimi əks olunub. Videodan dahi şəxsiyyətin vida mərasiminə yüzlərlə insanın gəldiyi görünür.
Ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin vida mərasiminə gəldiyi, onun qızı Turan Cavidlə söhbət etdiyi arxiv kadrlar da videoda yer alıb.
Xatırladaq ki, Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub. O, 1938-ci ildə şərlənərək həbs olunub. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda əlillər xəstəxanasında dünyasını dəyişib. Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. 1956-cı ildə bəraət alsa da, onun nəşini Azərbaycana gətirmək mümkün olmayıb.
1982-ci ildə Ulu öndər Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin məzarının tapılması, nəşinin Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edilib. Uzun sürən axtarışlardan sonra qəbri tapılıb, cənazəsi 1982-ci il oktyabrın 26-da Bakıya gətirilib. H.Cavidlə vida mərasimi baş tutub. Daha sonra isə Naxçıvana aparılıb, 1982-ci il noyabrın 3-də böyüyüb boya-başa çatdığı evinin qarşısında dəfn edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1353 Tarix: 06 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021