Qaraheybətdə şəhid olan Ceyhunun atası: "Nişanlanacağı barədə yayılan xəbərlər yalandır"
Xızıdakı Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən 11-i II Şəhidlər xiyabanında, üçü isə doğulduğu bölgədə torpağa tapşırıldı.
Şəhid olan 14 hərbçidən biri də tibb xidməti kapitanı Ceyhun Əhmədxanovdur. Ölümündən sonra haqqında "iki gün sonra nişanı" olacaqdı deyə, ürəkləri dağlayan şəhidimiz. Amma sən demə, C.Əmədxanovun nişanlanacağı ilə bağlı məlumatlar doğru deyilmiş...
Ceyhun Əhmədxanovun atası Xanlar Əhmədxanov oğlu haqqında Modern.az-a danışıb.
X.Əhmədxanov deyib ki, Ceyhunun uşaqlıq arzusu həkim olmaq idi:
"Uşaqlıqda ən böyük arzusu həkim olmaq idi. Tibb Universitetində və Dövlət İdarəçilik Akademiyasında ali təhsil alıb. 33 yaşı var idi, ailə qurmamışdı. Kaş ailə qurmuş olaydı, kaş balası olaydı, heç olmasa, Ceyhunun qoxusunu ondan alaydım. İndi özümü ovunduracaq təsəlli də tapmıram.
Onun da ömrü bitdi, bizim də... Ailədə şən uşaq olsa da, ciddi görünüşlü idi.
Ağıllı, savadlı uşaq idi mənim balam. Həkim olmaq uşaqlıq arzusu idi. Vətənə olan sevgisindən isə hərbi həkim olmaq istədi. Arzuları o qədər idi... Bizim də ona sonsuz arzularımız var idi. Ceyhundan başqa bir övladım var, hər ikisini halal zəhmətimlə böyütmüşdüm. Heyif görmədim balamın bəhrəsini".
Ceyhun Əhmədxanov hər gün olduğu kimi, səhər yuxudan oyanıb işə hazırlaşıb:
"Səhər-səhər anası işə gedib, arxasınca da Ceyhun gedib. Kefi yaxşı idi, təlimə gedəcəyini bilirdik. Nə biləydik, Ceyhunun son çıxışıdır evdən".
X.Əhmədxanov deyir ki, oğlunun şəhid olmasını iş yoldaşları ondan əvvəl eşidiblər:
"Anasının, mənim iş yoldaşlarım Ceyhunun şəhid olduğunu bilib bizə deyə bilməyiblər. Qara xəbəri necə verməli olduqlarını bilməyiblər. Çox çətindir, Allah heç bir valideynə yaşatmasın bu dərdi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5731 Tarix: 06 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25 oktyabrQərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say
24 oktyabrAzərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini
24 oktyabrBu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
25 oktyabrKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25 oktyabrPensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə
25 oktyabrBu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa
25 oktyabrBu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabr