Prezident: "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq" - VİDEO

Prezident: "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq" - VİDEO"Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər".

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Quba rayonunun Qonaqkənd qəsəbəsində sakinlərlə görüşündə bildirib.

"Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun", - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi:

"Yol boyunca gələndə gördüm, şəhidlərin şəkilləri vurulub. Hər bir yerdə belədir, - mən son vaxtlar Qarabağ bölgəsinə tez-tez gedirəm, - kəndlərdə şəhidlərin şəkilləri vurulub. Yəni, bu Zəfəri bütün Azərbaycan xalqı əldə edib".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1419   Tarix: 07 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "Bu gün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu n

10 may
.

Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?

Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb. Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağl

11 may
.

WUF13-də Startap Pavilyonu təqdim olunacaq

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq

11 may
.

Prezident: "Birinci Qarabağ müharibəsi vaxtı ordumuz faktiki olaraq quldurların əlində idi"

"O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitli

10 may
.

Bakıda 26 yaşlı motosikletçi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - ANBAAN GÖRÜNTÜSÜ

Mayın 10-u saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, 8 Noyabr prospektində hərəkətdə olan 99-M-279 nömrəli motosiklet yolda

11 may
.

İlham Əliyev: "Ermənilərin bizə nifrətinin səbəblərini, yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar"

"Bizim meşə fondunun 60 min hektarı vəhşi işğalçılar tərəfindən məhv edilib. Onların əsas hissəsi Kəlbəcər, Laçın rayonlarındadır, amma Zəngilanda da var". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə söyləyib. "Həm talançılıq, həm düşmənçilik

10 may
.

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

"Xarici ölkələrə səfər edəndə onu çox hörmətlə qəbul edirdilər, məsləhətlərinə qulaq asırdılar". Bunu ümummilli lider Heydər Əliyevin şəxsi mühafizəçisi Mahir Musayev Baku TV-yə onunla bağlı xatirələrindən danışarkən deyib. O, sözlərinə əlavə edib ki, ulu öndər dünyanın hər yerində bütün çıxışların

10 may
.

İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"

"İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı çıxışında deyib. "Birincisi

10 may
.

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir. xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyə

11 may