Yol polisi səhər saatlarında bəzi yolları niyə bağlayır? - Vaqif Əsədov səbəbini açıqladı
Son günlər Bakı şəhəri Mikayıl Əliyev küçəsində Heydər Əliyev dairəsi hissəsində səhər saatlarında DYP əməkdaşları tərəfindən yollar bağlanır və avtomobillərin hərəkətində məhdudiyyətlər yaranır. Bu da həmin ərazidə tıxaca səbəb olur.
Sonxeber.az xəbər verir ki, bu fikirləri "azxeber.com"a gündəlik adı çəkilən yoldan istifadə edən sürücülər bildirib. Sürücülər iddia edir ki, səhər saatlarında yol bir-iki saat müddətində bağlı qalır.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov iddialara bu cür aydınlıq gətirib:
"Burada söhbət Mikayıl Əliyev küçəsinin başlanğıcında olan Heydər Əliyev dairəsi ətrafında, "Madonna" şadlıq sarayının qarşısındakı hərəkətlə bağlı vəziyyətdən gedir. Yalnız iş günləri, 1-5-ci günlər səhər saatlarında, yəni pik saatlarda metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranır.
Bu da tıxaclara səbəb olur. Ona görə də aidiyyəti üzrə əməkdaşlarımız orada bir-iki saat yox, təxminən 20-30 dəqiqə müddətində xidmət aparmaqla keçmə növbəliliyini hissə-hissə tənzimləyir.
Əgər həmin ərazidə əməkdaşlar dayanıb xidmət aparmasa, istər Mikayıl Əliyev küçəsindən, istər "Neftçilər" metrostansiyası tərəfdən gələn nəqliyyat vasitələrinin hissə-hissə ardıcıl, növbəli şəkildə buraxılmasını təmin etməsələr, "Koroğlu" metrostansiyası istiqamətində körpünün üstündə maşınlar saatlarla tərpənməz vəziyyətdə qalar və hərəkət dayanar.
Ona görə də bu istiqamətlər üzrə hərəkət edən sürücülərə bildirirəm ki, burada narahatlığa səbəb yoxdur. Eynilə, paytaxtın 20 Yanvar dairəsində, Biləcəri enişində, Avtovağzal dairəsində, Babək prospektinin Yusif Səfərov istiqamətində də bizim azı iki əməkdaşımız dayanıb xidmət aparır və keçmə növbəliliyi təmin olunur".
Vaqif Əsədov bu cür vəziyyətdə sürücülərə təmkinli olmağı və tələsməməyi tövsiyə edib:
"Bu cür vəziyyətdə sürücülərə təmkinli olmağı və tələsməməyi tövsiyə edirik. Hər kəs öz zolağı üzrə hərəkət etsin, hər bir sürücü getdiyi istiqaməti əvvəlcədən dəqiqləşdirib həmin zolağı tutsun, qarşı hərəkət zolağına çıxmasın. Yol kəsişmələrində sarı rəngli, tor tipli xətlərə diqqət yetirsinlər.
Bəzən sürücülər öz getdikləri istiqamətlərdə bir-birlərinin hərəkətinə maneə yaradırlar, başqasını qarşısına keçib onun yolunu kəsirlər.
Bu da istər-istəməz həmin istiqamətdə süni sıxlığa səbəb olur. Xüsusilə, gedilən istiqamətdə dayanma, durma tələbləri düzgün yerinə yetirilməlidir.
Əgər ərazidə avtomobilin dayanması, durması qadağandırsa, ümumiyyətlə, o ərazidə avtomobil saxlanılmamalıdır.
Bu tələblərə riayət edilmədiyi təqdirdə həmin ərazidə hərəkət istiqaməti üzrə sıx cərgələnmə yaranır. Bu da tıxaclara və sürücülərin ləngiməsinə səbəb olur. Ona görə də sürücülər bütün bu tələblərə əməl etməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1979 Tarix: 07 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrBakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
26 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25 oktyabrAzərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı
25 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabr