Prezidentin yeni təyin etdiyi sədr kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilib.
Qaynarinfo Fərhad Adıgözəlov kimliyini araşdırıb.
Məlum olub ki, F.Adgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit istiqaməti üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil almış və 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə Dövlət Sığorta Şirkətində başlayıb, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə Kapital Bank ASC-də departament direktoru, 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə Azər-Türk Bank ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2013 Tarix: 07 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb. Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağl
11 mayWUF13-də Startap Pavilyonu təqdim olunacaq
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq
11 mayBakıda 26 yaşlı motosikletçi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - ANBAAN GÖRÜNTÜSÜ
Mayın 10-u saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, 8 Noyabr prospektində hərəkətdə olan 99-M-279 nömrəli motosiklet yolda
11 mayWUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir. xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyə
11 may