Azərbaycan filmləri "Netflix"də yayımlanacaq
Azərbaycan filmləri "Netflix"də yayımlanacaq.
Bu barədə Sonxeber.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
"2021-ci ilin əvvəlində mədəniyyət naziri Anar Kərimovun böyük bir nümayəndə heyəti ilə Türkiyə səfəri zamanı mədəniyyətin bir çox sahələrində əməkdaşlıq danışıqları ilə yanaşı, kino sahəsində də diqqətədəyər görüşlər baş tutmuşdu. "Netflix Türkiyə" rəhbərliyi ilə aparılan ilkin danışıqlar da bu görüşlərdən biri idi", - nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2021-ci ildə bir neçə gün ərzində Bakıda "Netflix" istehsalı olan blokbaster bir filmin çəkilişi reallaşıb. Amerika istehsalı olan film haqqında geniş məlumat filmin reklam kampaniyası başladığı zaman elan olunacaq.
Nazirlikdən bildirilib ki, konkret olaraq "Netflix Türkiyə" ilə müştərək layihələrin dəyərləndirmələri aparılır:
"Bildiyiniz kimi, "Netflixin" öz keyfiyyət nəzarət mexanizmi mövcuddur. Bu çəkiləcək filmlərin həm texniki, həm də kreativ keyfiyyətini əhatə edir. Ona görə də bu layihələrin dəyərləndirilmələri aparılır".
Nazirlikdən əlavə ediblər ki, kino istehsalı ilə yanaşı, əsas hədəflərdən biri də filmlərimizin nümayiş arealını böyütməkdir:
"Bu baxımdan həm yaxın qonşularımızın – Türkdilli dövlətlər və MDB ölkələri çərçivəsində distribusiya şəbəkəmizi genişlətməklə yanaşı, müxtəlif film platformalarına yerləşdirməyi nəzərdə tutmuşuq. Onu deyim ki, hazırda üzərində çalışdığımız bir neçə iddialı layihə var ki, onlar təhvil verildikdən sonra "Netflix" platformasına yerləşdirməyi nəzərdə tutmuşuq. Yəni kinonun çoxyönlü inkişafı yönlərindən biri də budur: müxtəlif beynəlxalq layihələrin reallaşması. Bu istiqamətdə işlər davam etdirilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1559 Tarix: 07 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabr