Küçələrdə gecələyən qadın dövlət qurumuna "yox" dedi - YENİLƏNİB + VİDEO

Küçələrdə gecələyən qadın dövlət qurumuna "yox" dedi - YENİLƏNİB + VİDEOBakıda küçədə gecələyən ahıl qadınla bağlı Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir:

"Sözügedən şəxs barəsində Sosial Xidmətlər Agentliyinə məlumat daxil olduğu andan etibarən, əməkdaşlarımız tərəfindən onun axtarışı və ehtiyaca uyğun olaraq agentliyin aidiyyəti müəssisəsinə yerləşdirilməsi barədə proses başladı. Məlum oldu ki, haqqında danışılan qadın Ucar şəhərində qeydiyyatda olan Məlahət Əsgərzadədir. Əməkdaşlarımız Məlahət xanımla söhbət apararaq problemi və küçədə qalma səbəbi ilə maraqlanıblar. Ona ünvanlanan suallara dolğun cavablar verməsə də, məlum olub ki, qadının övladlarından biri Bakıda yaşayır.

Məlahət Əsgərzadə əməkdaşlarımıza və əraziyə dəvət olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarına övladlarının əlaqə nömrəsini təqdim etməyə, həmçinin onlarla əlaqə qurmağa etiraz edərək, tək yaşamaq istədiyini bildirib.

Vətəndaşa hüquqları izah edilərək, Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, razılığı olacağı təqdirdə onun sığınacağa yerləşdirilməsinə lazımi dəstək göstəriləcək.

Ancaq təəssüf ki, Məlahət xanım müəssisəyə getmək istəmədiyini bildirərək etiraz edib, bütün cəhdlərimizə mənfi reaksiya verib".

17:12
Sosial şəbəkələrdə yaşlı bir qadının naməlum şəxslər tərəfindən artıq 1 həftədən çoxdur ki, Nərimanov rayonu ərazisində olan evlərdən birinin qarşısına qoyulduğu barədə məlumat yayılıb.

BAKU.WS xəbər verir ki, acınacaqlı vəziyyətdə olan qadına kömək etmək, baş verənləri yerində aydınlaşdırmaq məqsədi ilə BAKU.TV-nin əməkdaşları hadisə yerinə gediblər. Kim, hansı səbəbdən bu qadını küçəyə atıb?

Əsgərzadə Məlahət Məmmədhəsən qızı şəkər xəstəsi olduğunu, ayağının birinin işləmədiyini və müalicəyə ehtiyacı olduğunu desə də ona yaxınlaşıb köməklik etmək istədiklərini bildirdikdə çəkiliş qrupuna və ətrafda yaşayan sakinləri təhqir edib.

Gərgin keçən söhbət əsnasında məlum olub ki, oğlu və gəlini qadınla yola getmədiyindən Ramanı qəsəbəsində, Şuşa şəhərciyində yerləşən evindən bir neçə ay öncə çıxıb. İddia edir ki, Əlikram adlı oğlu onunla maraqlanmır, heç axtarmır da.

Buna baxmayaraq Məlahət xanım ona uzanan yardım əllərini geri çevirir, sığınacağa yerləşmək istəmədiyini deyir. Ancaq, bir tələbi var, mənzil. Qadın yaşamaq üçün ayrıca mənzil istəyir.

Yaxınlıqda yaşayan sakinlər iddia edir ki, qadını avtomobillə naməlum şəxslər gətirib əraziyə düşürür.

Çəkiliş vaxtı Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinin əməkdaşları da əraziyə yaxınlaşdı. Bildirildi ki, qadınla dəfələrlə proflaktin danışıqlar aparılıb, müvəqqəti yaşayışı üçün sığınacaqlara yerləşdirilib.

Amma qadın bir neçə gün sonra sığınacaqdakıları təhqir edib və oradan ayrılaraq yenidən küçələrdə qalmağa davam edib.

Daha ətraflı videoda.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3145   Tarix: 07 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

26 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

26 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr