Zavodda usta, 11 milyona klub, 1000 dollara quş - UNUDULAN MƏMURLAR
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə Milli Məclisin sabiq sədri Oqtay Əsədovdan bəhs edəcəyik:
Oqtay Əsədov 3 yanvar 1955-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta, Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə, birlik rəisi vəzifələrində çalışıb. 1996–2005-ci illərdə isə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti olub.
O, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olub. 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin sədri təyin edilib. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
11 iyul 2004-cü ildə "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. 2005-ci il noyabrın 6-da 45 saylı Abşeron seçki dairəsindən deputat seçilib.
Oqtay Əsədov zaman-zaman bahalı mülkləri ilə mətbuatın gündəminə gəlib. Belə ki, sabiq sədrin həyat yoldaşı, qızları və kürəkənlərinin dəbdəbəli həyatı mediada tez-tez müzakirə olunub.
Mətbuatda yazılanlara görə, Moskvada məşhur klublardan biri sabiq sədrin həyat yoldaşına məxsusdur. Həmin klubun dəyəri 11 milyon dollardır.
Qeyd edək ki, Oqtay Əsədov Samux rayonunun icra başçısı Alı Qocayevin qudasıdır.
Mətbuatda gedən məlumatlara görə, Türkiyədə quşların və heyvanların satışı ilə məşğul olan, bir necə böyük ferma açan deputat 12 hektarlıq ərazini tutan fermada bahalı ekzotik quşlar bəsləyir. Onların birin qiyməti 900-1000 dollar arasında dəyişir.
O.Əsədov 5 dekabr 2019-cu ildə Milli Məclisin sədri vəzifəsindən azad edilib.
Hazırda deputat mandatını daşıyan Oqtay Əsədov Milli Məclisin iclaslarında çox vaxt iştirak etmir.
O.Əsədov 2014-cü ildə "Şərəf" ordeni ilə təltif edilib. Evlidir, 2 övladı var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6797 Tarix: 08 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabrBu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrAzərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25 oktyabrAzərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrBakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat
24 oktyabrHamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25 oktyabr