Yüksək dozalı vitamin C koronavirusdan sağalma sürətini kəskin artırır

Yüksək dozalı vitamin C koronavirusdan sağalma sürətini kəskin artırırCOVID-19-a yoluxma halları hələ də davam edir. Həm böyüklər, həm də uşaqlar arasında ağırlaşmalara rast gəlinir. Koronavirus hələ də can almağa davam edir. Ağırlaşmaların qarşısını almaq üçün müxtəlif müalicələr aparılır.

Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri bildiriblər ki, yüksək dozalı vitamin C insanı COVID-19-un ağırlaşmasından qoruya bilər. Alimlər qeyd edirlər ki, COVID-19-da yüksək dozalı vitamin C-nin qəbulu sağalma sürətini 70 % artırır: qanda oksigenin səviyyəsi yüksəlir və iltihab markerləri azalır.

12 klinik tədqiqatın nəzərdən keçirilməsi nəticəsində məlum oldu ki, C vitamininin tətbiqi qanda oksigen səviyyəsini artıra, iltihabı yatıra və hospitalizasiya müddətini qısalda bilər.

12 tədqiqatdan birinin müəllifləri belə nəticəyə gəliblər ki, C vitamini plasebo ilə müqayisədə koronavirusdan sağalma sürətini 70 % artırıb.

Otaqo Universitetindəki tədqiqatın həmmüəllifi Anitra Karr bildirib ki, ağır xəstələrə gündə 6-24 qram vitamin C-nin tətbiqi faydalı olub: "Sağ qalma ehtimalını artırdı, xəstəxanada qalma müddətini azaltdı, oksigenləşməni yaxşılaşdırdı və iltihabın əlamətlərini azaltdı".

İcmala görə, COVID-19 xəstələrinin 80 %-nin qanında C vitamini səviyyəsi aşağıdır, buna görə yüksək dozalı vitamin C bu çatışmazlığı aradan qaldıra bilər.

Həkim Markela Vizkaiçipi isə xəstələrin C vitamini səviyyəsinin yoxlanmasının vacibliyini qeyd edib:

"Həmişə elektrolitlərin, mikroelementlərin və vitaminlərin, o cümlədən C və D vitaminlərinin yetərli səviyyədə olmasına diqqət yetirilməlidir. Bu, klinik təcrübənin standartına çevrilməlidir".

İcmalda, həmçinin yüksək dozalı C vitamininin şiddətli COVID-19-un inkişafının qarşısını almağa kömək edə biləcəyi ehtimal edildi.

Azərbaycanda dövlət qeydiyyatından keçmiş C vitamininin ən yüksək dozalı preparatı "Pascorbin"dir (7,5qr \ 50 ml).


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1707   Tarix: 08 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

26 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

26 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr