17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda tiktoker oldu - ŞOK TƏFƏRRÜAT - FOTO

17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda tiktoker oldu - ŞOK TƏFƏRRÜAT - FOTOBu ilin 9 may tarixində Göyçay rayonunun XXXX kəndində 2002-ci il təvəllüdlü Fatimə Muradovanın (ad və soyadlar şərtidir) evdə boğularaq qətlə yetirilməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Fatmanı qətlə yetirən dayısı, 1989-cu il təvəllüdlü Vasif Babayev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə bir sıra maraqlı faktlar üzə çıxıb.

İstintaq zamanı müəyyən edilib ki, Fatimə Muradova 2019-cu ildə məktəbi bitirdikdən sonra nişanlanıb və nişanlısı ona telefon hədiyyə edib. Lakin o, nişanlandıqdan 1 ay sonra telefonda tanış olduğu Tərtər rayon sakininin yanına qaçıb və bir neçə ay orada yaşayıb. 2019-cu ilin noyabr ayında isə o, Tərtərdə qeyri-rəsmi nikahda yaşadığı şəxsi ataraq xəbərsiz şəkildə itib. Həmin vaxt polis Fatiməni itkin düşmüş şəxs kimi axtarıb və bu barədə saytlarda da elanlar verilib. Bir müddət sonra Fatimənin Bakıda yaşadığı, Tiktok sosial şəbəkəsində müxtəlif əxlaqsız videolar paylaşdığı, müxtəlif şəxslərlə birgə yaşadığı məlum olub. 2021-ci ildə isə o, Göyçaya dayısının evinə gedib. Qətl hadisəsi də bundan sonra baş verib.

İstintaqa ifadə verən təqsirləndirilən şəxs bacısı qızının hərəkətləri ucbatından biabır olduqlarını, onun heç cür islah olmadığını, evdə qohumlarının yanında, azyaşlılarla birlikdə olarkən də söyüşlə danışdığını, əxlaqa sığmayan hərəkətlər etdiyini bildirib. Qətlə yetirilən qızın atası və anası da deyilənləri təsdiq edib və V.Babayevdən şikayətçi olmadıqlarını bildiriblər.

32 yaşlı, 3 azyaşlı uşaq atası olan Vasif onu da bildirib ki, hadisə baş verməmişdən bir gün əvvəl, yəni mayın 8-də bacısına onun qızını öldürmək fikrində olduğunu deyib. Hərəkətlərinə davam edən qız isə dayısında onu öldürməyə cürətin olmadığını deyərək onu ələ salıb. Həmin gün hamamda yuyunduqdan sonra evdə doğmalarının yanında hamam xalatı ilə gəzən, ailə üzvlərinə açıqca hörmətsizlik edən gənc qız gecə saatlarında telefonda tanış olduğu oğlanla danışaraq onu sabahısı gün Lahıca, oradan da Bakıya aparmasını deyib. Gecə saat 3-dək Fatimənin yatmadığını görən Vasif səhər saat 6 radələrində onun artıq yatdığını görərək otağına daxil olub və qızı yatdığı yerdə boğaraq öldürüb. Daha sonra hadisə yerinə gələn Fatimənin anası huşunu itirərək yıxılıb. Bundan sonra Vasif Babayev qızı qaz sobası olan otağa apararaq onun guya dəm qazından boğularaq ölməsi təsəvvürünü yaratmağa çalışıb və təcili tibbi yardıma müraciət edilib. Lakin az sonra törətdiyi əməlin üstünün açılacağını düşünən şəxs onu qətlə yetirdiyini etiraf edib.

Məhkəmədə ifadə verən şəxslər V.Babayevin dediklərini təsdiq ediblər. Fatimənin yanına qaçdığı Tərtər sakini isə bildirib ki, Fatimə ilə sentyabrda instaqramda tanış olub və daha sonra o, qaçaraq Tərtərə onun yanına gəlib. Bir müddət sonra isə Fatimə gecə saatlarında evdən qaçıb və yalnız 1 ay yarımdan sonra onun Bakıda olmasını Tiktokdan öyrənib. O, daha sonra bildirib ki, ailəsi Fatiməni tapdıqdan sonra onun yanına qaytarmaq istəsə də, Fatiməni qəbul etməyib və onunla birlikdə ailə kimi yaşaya bilməyəcəyini deyib.

Şəki Ağır Cinayətlər Məhkəməsi Fatiməni qətlə yetirən 32 yaşlı dayısının 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə qərar verib.
17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda tiktoker oldu - ŞOK TƏFƏRRÜAT - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6948   Tarix: 08 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

26 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

26 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr