20 manatlıq əsginas və 20 qəpiklik metal pullar yeniləndi - FOTO

20 manatlıq əsginas və 20 qəpiklik metal pullar yeniləndi - FOTOBeynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlayıb və bu çərçivədə cari ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb.

Proseslərin davamı olaraq, "Qarabağ" mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.

Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 20 manatlıq pul nişanının 10 fevral 2022-ci il tarixindən tədavülə buraxılmasını elan edir.

Yenilənmiş 20 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Live" elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılıb. Belə ki, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunub. Yenilənmiş 20 qəpiklik pul nişanının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb.

Bildiririk ki, yenilənmiş 20 manatlıq kağız pul nişanı və 20 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək./Oxu.az
20 manatlıq əsginas və 20 qəpiklik metal pullar yeniləndi - FOTO20 manatlıq əsginas və 20 qəpiklik metal pullar yeniləndi - FOTO20 manatlıq əsginas və 20 qəpiklik metal pullar yeniləndi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6918   Tarix: 08 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

26 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

26 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr