Dənizdə tapılan kişi meyitinin qalıqlarının kimə məxsus olduğu bilindi - YENİLƏNİB

Dənizdə tapılan kişi meyitinin qalıqlarının kimə məxsus olduğu bilindi - YENİLƏNİBXəzər dənizində, "Qərbi Azəri" platformasının yaxınlığında tapılan kişi meyitinin qalıqları 2015-ci ildə itkin düşmüş Bəhmən Cəfərova aiddir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib.

10:00

"Məsələ ilə bağlı Su Nəqliyyatında Polis İdarəsi ilə daim əlaqədəyik".

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib:

"Bizə verilən son məlumata görə, bu qalıqların 2015-ci ildə itkin düşmüş Bəhmən Cəfərova aid olduğu ehtimal edilir və buna görə onun oğlu da ekspertizaya cəlb olunub. Lakin ekspertizanın nəticəsi hələ müəyyən olunmayıb".

Qeyd edək ki, Xəzər dənizində, "Qərbi Azəri" platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə yerləşən neft kəməri sualtı müşahidə aparatıyla yoxlanılarkən insan qalıqları və sümükləri aşkarlanıb.

İnsan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb.

Çıxarılan qalıqlara baxış zamanı onun kəskin çürüməyə məruz qalmış, bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3436   Tarix: 09 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Son dörd ayda Azərbaycanda 15 mindən çox şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 15,9 min şəxsə əlillik təyin edilib. Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 7,1 min şəxsə ilkin, 8,8 min şəxs

10 may
.

WUF13-də Startap Pavilyonu təqdim olunacaq

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq

11 may
.

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

"Xarici ölkələrə səfər edəndə onu çox hörmətlə qəbul edirdilər, məsləhətlərinə qulaq asırdılar". Bunu ümummilli lider Heydər Əliyevin şəxsi mühafizəçisi Mahir Musayev Baku TV-yə onunla bağlı xatirələrindən danışarkən deyib. O, sözlərinə əlavə edib ki, ulu öndər dünyanın hər yerində bütün çıxışların

10 may
.

"Haber Global": "Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yaşamağa davam edir" - VİDEO

Bütün həyatını dövlətinə və xalqına adayan ümumilli lider Heydər Əliyevin anadan olmasından 103 il ötür. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının hazırladığı videomaterialda qeyd olunub. "Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə və ölkəsinin sabitliyini

10 may
.

Azərbaycan Prezidenti: İlyarım sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq

Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bildirib. Dəmir yolunun inşa edildiyini xatırladan dövlə

10 may
.

Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb

Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb. report-a istinadən xəbər verir ki, mayın 10-u saat 13 radələrində 2024-cü il təvəllüdlü M.A. Tərtər şəhərində yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırmala

11 may
.

Alyona Əliyeva Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkə hesabında ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib. BİG.AZ həmin paylaşımı təqdim edir:

10 may
.

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB+FOTO - VİDEO

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı. - Bu gün Zəngila

10 may
.

Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib - FOTO - VİDEO

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev kompleksd

10 may