İsmayıl Vəliyevin oğlundan atasının anım günündə təsirli sözlər: "Dürüst və şərəfli ömür sürdün"(VİDEO)
7NEWS.az xəbər verir ki, bu gün yazıçı-publisist, filologiya elmləri doktoru, qəzetçi-yazar, tədqiqatçı-alim, professor İsmayıl Ömər oğlu Vəliyevin anım günüdür. Tanınmış professor 9 dekabr 2017-ci ildə dünyasını dəyişmişdir. Anım günündə oğlu Önər Vəliyev atasının əziz xatirəsinə həsr olunmuş videoçarx paylaşıb və təsirli məktub yazıb. Sözügedən məktubu və videoçarxı təqdim edirik:
"Əziz Atam!
Sənin ölkəmizə və xalqımıza xidmətlərindən, elmi titullarından və tutduğun vəzifələrdən asılı olmayaraq ilk növbədə bizim çox əziz və qiyməti ölçülməz atamız idin...
Hər sevinc, istək, ağrı və duyğumuzu hiss edən, hər qayğımıza qalan, bizi halal çörəklə, mərdcəsinə böyüdən və özündən sonra təmiz, şərəfli ad, böyük elmi və ictimai irs buraxan Atamız...
Düz 4 ildir ki, cismən bizdən ayrılmısan. Sənin artıq cismin də, ruhun da yaşayışın kimi haqqa sığınıb. Haqqa olan sevgin bir ömür bitmədi. Nə qədər ədalətsizliklə, haqsızlıqla rastlaşsan da, sən ləyaqət və mənəviyyat ölçülərindən kənara çıxmadın, heç zaman haqqı nahaqqa qurban vermədin.
Sevinirəm ki, dürüst və şərəfli ömür sürdün.
Amma çox kədərliyəm ki, erkən ölümünlə bizi ömürlük hüznə qərq etdin, xalqımızı isə çox dəyərli şeylərdən məhrum etdin.
Hələ kim bilir, nə qədər monoqrafiya, dərslik, dərs vəsaiti, məqalə yazacaqdın, nə qədər yeni ensiklopediya hazırlayacaqdın...
Rəsmlərinə, videolarına baxa-baxa bizimlə olduğun yüzlərlə, minlərlə xatirən göz önümdən keçir...
Gözəl günlər də, çətin günlər də heç zaman unudulmur Ata... Amma ən çətin gün övladın valideyini ilə vidalaşdığı tarixdir.
Sabah sənin anım günündür.
4 ildir ki, övladların, əzizlərin səninlə yalnız məzarının üstündə görüşə bilir, dərdləşə bilir, söhbətləşə bilir...
Səni xatırlayanlar və sevənlər səni unudubmuş kimi davrananlardan qat-qat çoxdur, Ata.
Ruhun şad olsun, hər anımız səninlədir! Xəyalımızda və ürəyimizdəsən!"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1877 Tarix: 09 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOnların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabrBu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrAzərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25 oktyabrAzərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrBakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat
24 oktyabrHamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25 oktyabr