Jurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLAR

Jurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLAR"Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrinin əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan insanlar barəsində elə yanlış və ehtiyatsız ifadələr işlədir ki, onlara dəstək vermək əvəzinə əksinə, xeyli dərəcədə inciklik və narazılıq yaradırlar. Onlar həmin kateqoriyaya məxsus olanlar barədə bəhs edərkən bir sıra hallarda "qüsurlu", "şikəst", Kor, şil, kar, eşitmə qüsuru, kar uşaq, kimi ifadələr işlədirlər…".

Bu fikirlər dekabrın 9-da "Excelsior" otelində gənc və tələbə jurnalistlər üçün keçirilən "Əlilliyin düzgün dərk edilməsi" mövzusunda keçirilən ikinci təlimdə səsləndirilib.

Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən həyata keçirilən "Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədi ilə maarifləndirici nəşrlərin hazırlanması" layihəsi çərçivəsində keçirilir.

Layihə rəhbəri Cəsarət Hüseynzadə açılış nitqində məlumat verib ki, layihənin məqsədi cəmiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə cəlb edilməsinə, onların fiziki, əqli və intellektual potensiallarının üzə çıxarılmasına nail olmaq məqsədilə məlumat və maarifləndirici xarakterli nəşrlərin hazırlanaraq əhali arasında geniş yayılması işinin təşkil edilməsidir. Layihə çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarının təşviq edilməsi və bununla bağlı informasiya mühitinin yaradılması məqsədilə 3 mövzuda buklet hazırlanıb və 4 maarifləndirici video rolikin hazırlanması nəzərdə tutulub.

Eyni zamanda əlilliyi olan istedadlı şəxslərin potensiallarının üzə çıxarılması və təbliğ olunması üçün 3 məqalə -reportaj və 2 video rolik hazırlanmışdır.

Layihə dövründə jurnalistlər və jurnalistika fakültəsinin tələbələri üçün əlilliyin düzgün dərk edilməsi mövzusunda 3 təlimin keçiriləcək. Cəsarət Hüseynzadə bildirib ki, media nümayəndələri üçün keçirən təlim isə adından göründüyü kimi əlilliyin düzgün dərk edilməsi ilə medianın əlilliyi olan şəxslərin sosial adaptasiyasında rolunun gücləndirilməsinə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisi Sevinc Cəfərova bildirib ki, həssas sosial qruplar ilə bağlı həyata keçirilən proseslərdə cəmiyyətin bütün sektorunun birgə fəaliyyəti vacibdir.

Təlimdə əlillik və mediada etik standartlar mövzularında çıxış edən ekspertlər- Müstəqil Həyat Tərzi Əlillərə Dəstək" İctimai Biliyinin sədri, Dünya Əngəllər Birliyinin İdarə Heyətinin üzvü, Əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov və BDU-nin dosenti Vəfa İsgəndərova jurnalistləri məlumatlandırıblar.

Təlimçi Aydın Xəlilov daha çox cəmiyyətdə əlilliyin dərki ilə bağlı problemin mövcud olduğunu bildirib. O qeyd edib ki, əlilliyi olan insanları çox halda normal olmayan şəxs kimi, yararlı olmayan şəxs kimi təqdim edirlər. Bu təəssüf doğuran yanlışların aradan qaldırılması üçün jurnalistlər daha həssas davranmalı, sosial mövzuları işıqlandırarkən məlumatlı olmalıdırlar.

BDU-nun dosenti Vəfa İsgəndərova isə Mediada etik standartlar (ənənəvi və sosial mediada əlilliyi olan insanlara münasibət fonunda) mövzusunda təqdimatla çıxış edib.

V.İsgəndərova mövzu ilə bağlı yerli və xarici mətbuat üzərindən apardığı monitorinqləri nəticələrini təlim iştirakçıları ilə bölüşüb. Təlim maraqlı müzakirələrlə davam edib. Tədbirin sonunda jurnalistlərə sertifikatlar təqdim edilib.

Jurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARJurnalistlər üçün növbəti təlim keçirildi - FOTOLARZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1060   Tarix: 10 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin

24 oktyabr
.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

25 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Bakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat

24 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr