"Məhz Heydər Əliyevin dönüşü dövləti parçalanmadan, xalqı isə əsarətə düşməkdən xilas etdi"

"Məhz Heydər Əliyevin dönüşü dövləti parçalanmadan, xalqı isə əsarətə düşməkdən xilas etdi"Xəbər verdiyimiz kimi, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir. Bu gün Ulu Öndərimizin anım günüdür.

Bununla bağlı Sonxeber.az-a deputat Bəhruz Məhərrəmov münasibət bildirib.

O, qeyd edib ki, nə qədər ki, bu dövlət var, nə qədər ki, bu xalq mövcuddur, Heydər Əliyev həmişə ən ülvi hisslərlə anılacaq:

"Səbəbi çox sadədir. Hər şeydən öncə ona görə ki, müstəqillik tariximiz, daha doğrusu istiqlaliyyətimizin qorunması məhz onun adı ilə bağlıdır. 18-ci anım günündə dahi lideri sevgi və ehtiramla anırıq.

Sovetlər birliyinin dağılmasının təbii axarı kimi, bütün ittifaq dövlətləri ilə bərabər, Azərbaycanın müstəqillik qazanması ilə məsələnin bitdiyini zənn edənlərdən fərqli olaraq, Heydər Əliyev o qənaətdə idi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da mürəkkəb prosesdir.

1991-ci ildə müstəqillik bərpa edildikdən sonra cəmi il yarımlıq period kifayət etdi ki, dahi liderin nə qədər haqlı olduğu üzə çıxsın. Gözlər də, ümidlər də yenə ona tikildi. Prezident, Parlament sədri, Baş nazir, bütövlükdə hökumət tam tərkibdə "iş başında" olsa da, xalq o zamankı mövcud "stajor" idarəçiliyə yox, 13 il Bakıda, 4 il isə Moskvadan bu ölkənin yükünü təkbaşına daşıyan, sınanmış Heydər Əliyev dühasına üz tutdu. Müdrik xalq bu dəfə də yanılmadı: məhz Heydər Əliyevin dönüşü dövləti parçalanmadan, xalqı isə sözün əsl mənasında əsarətə düşməkdən xilas etdi.

Ən azı 5 min illik ənənəyə malik Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev fenomeni həm də ona görə xüsusi seçilir ki, o, yalnız öz dövrü üçün yox, özündən sonra da ideyaları ilə xalqın taleyində müstəsna rol oynamaqda davam edir. Bu gün cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən yaşadılan və uğurla davam edilən bu titanik irsin əsl mahiyyətinin ən yaxşı ifadəsi isə elə zamanın özüdür.

Dahi lider "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir",-deyirdi. Cənab İlham Əliyev nəinki bölgənin ən güclü və dayanıqlı iqtisadiyyatını qura bildi, üstəlik, Azərbaycanın iqtisadi müstəqilliyini tam mənada təmin etdi.

Ulu Öndər, "Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir",- deyirdi. Cənab İlham Əliyev heç vaxt olmadığımız qədər möhkəm milli həmrəyliyin təmin olunmasına nail oldu.

Heydər Əliyev "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır",- deyirdi. Cənab İlham Əliyev dünyanın ən güclü ordularından birini qurub işğala, təcavüzə son qoydu, VI nəsil müharibə aparıb düşmənin kapitulyasiyasına nail olaraq, Beynəlxalq hüququn aliliyini təmin etdi, Azərbaycan tarixində heç kimə nəsib olmayan Müzəffər Ali Baş Komandan adına layiq görüldü.

Beləliklə, bu fonda cərəyan edən gedişat Azərbaycanı 44 günlük savaş sonrası, tarixinin ən böyük zəfərinə qovuşdurdu. Qalibiyyət elan edilərkən də Müzəffər Ali Baş Komandan dünyanın gözü önündə Ata vəsiyyətini yerinə yetirməyin xoşbəxtliyini xalqı ilə bölüşərək, vəsiyyəti zəfər olan Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü bir daha ortaya çıxardı. O şəxsiyyət bu gün cismən bizimlə olmasa da, ziyası illər keçdikcə bizi daha çox nuruna qərq etməkdədir".

Aysel Səfərzadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1267   Tarix: 12 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr