Rus nəşri: Türkiyə bir bölgəni ələ keçirmək istəsəydi...

Rus nəşri: Türkiyə bir bölgəni ələ keçirmək istəsəydi...Rusiya mərkəzli "TopWar"-ın təhlilində "İnventarında Türkiyə TB2-lərini məhv edəcək silahı olmayan bütün ölkələr narahat olmalıdır" ifadəsi diqqət çəkib.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, təhlildə rusiyalı şərqşünas Yuri Maraşevin türk dronları ilə bağlı fikirlərinə geniş yer verilib.

Məqalədə qeyd edilib ki, bütün dünya nəfəsini tutub Rusiyanın Ukrayna ilə müharibəyə girməsini gözlədiyi bir vaxtda Türkiyə "Bayraktar"ları Ankara üçün çox həssas olan bir çox nöqtədə gözəçarpan şəkildə görünməyə başlayıb:

"Türkiyədən fərqli olaraq, digər ölkələr isə bu fəallığa qarşı açıq addımlara ata bilmirlər.

Ötən həftə Türkiyənin beş PUA-sı İdlib üzərində kəşfiyyat uçuşu həyata keçirib. Türk PUA-ları İran və Ermənistan səmasında da öz yerini tutub. Türkiyə bir çox sahədə təsiredici aktor olmaq istəyir və Şimali Afrika, Əfqanıstan və Orta Asiyaya qədər təsir dairəsi yaratmağa çalışır.

Şərqşünas Yuri Mavaşev deyir: "Mən Türkiyə aviasiyasının səfərbər olmasını kiminsə torpağından bir parça ələ keçirmək planı ilə əlaqələndirmirəm".

Amma məlumdur ki, Suriya uzun müddətdir Ankara üçün problemdir. Türklər Suriyada nəzarət etdikləri torpaqlardan kifayət qədər razıdırlar. Qalan hallarda isə onlar əməkdaşlığın önəmini vurğulayan başqa yollarla işləyirlər.

Yuri Mavaşev bildirir:

"Rusiyaya gəlincə, Rusiya ilk növbədə qondarma müttəfiqi Prezident Bəşər Əsəddən ehtiyatlı olmalıdır. Əsəd uzun müddətdir müttəfiqliyə uyğun gəlməyən davranış sərgiləyərək, İrana qapı açdı və Rusiyanın təsirini minimuma endirdi. Elə vaxt gələ bilər ki, Əsədin kreslosu ilə vidalaşması Rusiyanın marağında olsun".

Yuri Mavaşev fikirlərini belə davam etdirir:

"Türklər hər hansı bir bölgəni ələ keçirmək istəsəydilər, bunu çoxdan edərdilər. Amma onların belə bir məqsədi yoxdur. Sadəcə indiki sərhədləri daxilində özlərini rahat hiss etmək istəyirlər. Türklərin Qərblə geniş qarşılıqlı əlaqə təcrübəsi var və Qərbin mövqelərini itirməsindən və bölgədə siyasi boşluq yaratmasından istifadə edir".

"Bayraktar"ların artan uçuşlarına gəlincə, bunları zərərsizləşdirmək üçün silahı olmayan hər bir ölkəni narahat etməlidir.

Türkiyə Prezidenti Ərdoğanın siyasətinin arxasında duran motivləri düzgün anlamaq vacibdir. Məsələn, Türkiyə Rusiya-Ukrayna münaqişəsində vasitəçilik etməkdə maraqlı olduğunu bildirəndə bəzi politoloqlar Ərdoğanın Donetsk və Luqanskdakı vəziyyətə müdaxilə edəcəyini deyirlər. Amma Türkiyə bu açıqlamaları ilə güc olaraq aktiv rol oynamağa başladığını göstərir.

Bundan əlavə, Türkiyə Qərb ölkələrinin iştirakı olmadan Qafqaz regionunda yeni strukturlaşma formulunu təklif edir. "3+3″: Ermənistan, Azərbaycan, Gürcüstan və Rusiya, İran, Türkiyə".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2341   Tarix: 12 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr