Əli Məsimli: "Qarabağın turizm potensialının nümayiş etdirilməsi Azərbaycanın imicinə müsbət xal gətirəcək"

Əli Məsimli: "Qarabağın turizm potensialının nümayiş etdirilməsi Azərbaycanın imicinə müsbət xal gətirəcək""Qarabağın turizm potensialından istifadə olunması əsas prioritetlərdən biridir".

Sonxeber.az-ın məlumatına görə, bunu millət vəkili Əli Məsimli bu gün keçiriən Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafında turizmin rolu böyükdür: "Qarabağın turizm potensialının nümayiş etdirilməsi Azərbaycanın imicinə müsbət xal gətirəcək".

Qeyd edək ki, gələcəkdə Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur. Regionların ayrı-ayrılıqda turizm potensialında Şuşa yüksək qiymətləndirilir. Bu dəyərin bariz nümunəsindən biri də Azərbaycan Prezidentinin sərəncamı ilə cari ilin əvvəllərində Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsidir. Bu şəhərdə mədəni tədbirlərin təşkili, festivallar, turizm məhsullarının təqdimi, beynəlxalq sərgilərin və digər mədəni-kütləvi görüşlərin keçirilməsi gündəmdə olan məsələlərdir.

Laçın-Kəlbəcər, Qubadlı-Zəngilanda təbiət, qış və sağlamlıq turizmi inkişaf etdiriləcəık, Füzuli-Ağdam-Cəbrayılda isə dağıdılmış mədəniyyət müəssisələri və işğalın nəticələrini göstərmək üçün bəzi tikililər turistlərə nümayiş etdirilmək üçün qorunub-saxlanılacaq. Çünki turizmin iqtisadi tərəfi ilə yanaşı, siyasi-təbliğati tərəfi də var. Dünya turizm təcrübəsində bu, çox böyük təsir gücünə malikdir.

Qarabağın bütün bölgələrində, o cümlədən ölkəmizin cənub istiqamətində turist axını üçün əlverişli coğrafi şərait mövcuddur. Xudafərin vasitəsilə İran, Naxçıvan üzərindən isə Türkiyə turistlərinin gəlməsi gözləniləndir. İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını olacaq. Azərbaycan turizminin prioritet bazaları var ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən müəyyən qurumlar tərəfindən bu istiqamətdə də layihələr hazırlanır, zəruri tədbirlər həyata keçirilir.

Dövlət səviyyəsində, özəl sektor və alimlərin birgə səyi sayəsində Dağlıq Qarabağın sıfırdan başlanan həm təbii, həm də antropogen turizm resursları gündəmə gətirilir. Bölgədə turizmin inkişafı üçün yeni marşrutlar yaradılır. Dünya standartlarına uyğun magistral yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Bu yerlər dağlıq ərazi olduğundan dağ və alpinizm turizmi xüsusi diqqətdədir. Bundan başqa, gəzintilər, aktiv və ekstremal turizmin inkişafı üçün biri-birindən maraqlı layihələr işlənib.

Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Burada tarixi və dini abidələr, çinar meşəsi var. Odur ki, təbiətinin zənginliyinə görə Qarabağın gələcəyi daha çox ekoturizmlə bağlı ola bilər. Bundan səriştəli istifadə edilərsə, çox güman ki, Qarabağ dünyada mühüm ekoloji turizm məkanlarından birinə çevrilə bilər.

Xudafərin körpüsü, Azıx mağarası gələcəkdə ən populyar turist marşrutlarından hesab olunur. Mədəni-tarixi abidələrimiz dağıdılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili reallaşacaq. Müasir "İpək yolu" layihəsi mövcuddur. Azərbaycana daxil olmaq üçün Qars-İqdır-Naxçıvan marşrutu yaradılacaq, İran ərazisindən dəmir yolu xəttinin çəkilməsindən sonra turpaketin maya dəyəri də aşağı düşəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 759   Tarix: 14 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr