Parlamentdə spikerlə deputat arasında mübahisə yaranıb
Milli Məclisdə işsizliklə bağlı dinləmənin keçirilməsi təklif edilib.
Sonxeber.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxış edib.
Onun sözlərinə görə, ölkədəki işsizliklə bağlı müvafiq qurumlar parlamentə dəvət olunmalı və bu məsələlərə aydınlıq gətirilməlidir".
"Bu qədər qanun qəbul edilir. Ancaq ortada bir şey yoxdur. Mən başa düşə bilmirəm ki, özünüməşğulluq nə deməkdir? İnsan özü-özünü necə məşğul edə bilər? Biri çıxıb buna aydınlıq gətirsin", - deputat bildirib.
S.Rüstəmxanlı vurğulayıb ki, bu qanunlarla heç nəyi dəyişmək mümkün deyil: "Gurultulu adlar altında qanun qəbul edirik, amma ortada heç nə yoxdur. Onsuz da dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada heç nə yoxdur".
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, heç bir qanun burada gurultulu qəbul olunmur: "Siz elə dediniz ki, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur. Ölkədə bu qədər işlər görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur. Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək".
Sabir Rüstəmxanlı spikerin çıxışına etiraz edib.
Sədr isə cavabında bildirib ki, heç kimin fikri təhrif olunmur: "Mən indiyədək heç kimin fikrini təhrif etməmişəm. Buna nə mənim özüm, nə tərbiyəm yol verər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1591 Tarix: 14 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ
Kirayə mənzil bazarında son vaxtlar həyata keçirilən dəyişikliklər diqqəti yenidən bu sahədəki problemlərə yönəldib. Xüsusilə müqaviləsiz kirayə münasibətlərinə görə tətbiq olunan inzibati cərimələrin artırılması mövzusu həm ev sahibləri, həm də kirayəçilər arasında müzakirələrə səbəb olub. Əvvəllə
10 mayGüclü külək əsəcək
Mayın 12-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Kəlbəcər, Laçın, Zəngiland
11 mayTərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb. report-a istinadən xəbər verir ki, mayın 10-u saat 13 radələrində 2024-cü il təvəllüdlü M.A. Tərtər şəhərində yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırmala
11 mayNazir: "Ermənistandakı prosesləri yaxından izləyirik"
"Ermənistandakı prosesləri yaxından izləyirik". xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib:. O bildirib ki, Ermənistan böyük siyasi prosesin astanasındadır:. "İyunun 7-də Ermənistanda parlament seçkisi keçiriləcək. Bu seçki Ermənista
10 mayEmin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
"Məktəblərdə hər il uşaq sayı təhlil olunur. Burada bir məqsəd var ki, sistem rasionallaşsın və təhsilin keyfiyyəti artsın". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev azsaylı şagirdi olan məktəblərin birləşdirilməsi məsələsindən danışarkən deyib
10 may