Sürücülərin sükan arxasında yuxulaması səbəbindən neçə qəza baş verib?

Sürücülərin sükan arxasında yuxulaması səbəbindən neçə qəza baş verib?Sürücülərin yuxulu və yorğun halda sükan arxasında əyləşməsi ağır yol nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biridir. Belə ki, istirahət etmədən, fasiləsiz uzun müddət avtomobil idarə etmək həm sürücü, həm də digər hərəkət iştirakçıları üçün olduqca təhlükəlidir.

Belə halda sükan arxasına əyləşib uzaq yola çıxan sürücülərin yol qəzası törətdikdən sonra "yuxulu olmuşam", "yorğun olmuşam" ifadəsini işlədərək özlərinə bəraət qazandırmağa çalışması isə qəbuledilməzdir, çünki bu səbəbdən baş vermiş hadisələr bəzən bir neçə şəxsin həyatını, sağlamlığını itirməsinə gətirib çıxarır, neçə-neçə ailələrdə faciə yaşanır.

Bəs bu kimi problemlərlə necə mübarizə aparmaq lazımdır?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi polis polkovnik-leytenantı Namidan Piriyevə müraciət etdik.

Polkovnik-leytenant Oxu.Az-a açıqlamasında bildirib ki, cari ildə sürücülərin yuxulu halda sükan arxasına keçməsi səbəbindən baş verən yol nəqliyyat hadisələri qeydə alınıb:

"Məsələn, bu ilin iyul ayının 9-da Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində "Mercedes-Benz Vito111" markalı avtomobilin sürücüsü sükan arxasında yatır və qarşıda eyni istiqamətdə hərəkətdə olan "Howo" markalı avtomobilin arxa hissəsinə çırpılır, 5 nəfər hadisə yerində ölür, 2 nəfər yaralanır. Eyni səbəbdən oktyabr ayının 13-də Bakı şəhəri Aeroport şosesində "Mercedes-Benz" markalı yük avtomobili qarşıda gedən sərnişin avtobusuna çırpılır, nəticədə 5 nəfər həlak olur, 26 nəfər isə xəsarət alır.
Sürücülərin sükan arxasında yuxulaması səbəbindən neçə qəza baş verib?Hadisə nəticəsində sürücünün özü öldüyü halda, qəzanın onun sükan arxasında yatması səbəbindən baş verdiyini müəyyən etmək də çətin olur. Amma belə hadisələr haqda hər bir sürücü eşidir, kütləvi informasiya vasitələrində geniş məlumatlar yayımlanır, DYP tərəfindən çağırışlar edilir. Hətta inkişaf etmiş ölkələrdə də bu məsələ çox aktualdır. Elə ona görə son dövrlərdə istehsal olunan bir çox nəqliyyat vasitələrində 2 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilin salonundakı monitorda fasilə etmək barədə xəbərdarlıq mesajı əks olunur".

N.Piriyev onu da əlavə edib ki, müşahidələr bu məqamlara diqqət etməyən sürücülərin hələ də olduğunu göstərir:

"Son 2 ay ərzində təkcə respublika əhəmiyyətli avtomobil yollarında sürücülərin sükan arxasında yuxulaması səbəbindən 9 ağır yol-nəqliyyat hadisəsi baş verib. Əsasən də sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bəzi sürücülər daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, əzgin halda bir neçə dəfə gedib-gəlməyə çalışırlar. Normal yuxu rejiminə əməl etməyən insanı təbii olaraq yolda yuxu tuta bilir və bu, ağır hadisənin baş verməsinə şərait yaradır.

Bundan başqa, istehsal ili köhnə olan bəzi nəqliyyat vasitələrinin mühərrikindən ixrac olunan qazların qoxusu texniki nasazlıq nəticəsində avtomobilin salonuna daxil olur ki, bu özü də insana yuxu gətirir. Bəzən səhhəti ilə bağlı müəyyən problemlər yaşayan sürücülər olur, müxtəlif dərman preparatları içərək sükan arxasına əyləşirlər ki, həmin dərmanlar da müəyyən əzginlik, yuxululuq yarada bilir və bu da öz növbəsində yol qəzalarının baş vermə riskini artırır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, bu kimi bədbəxt hadisələrdən qorunmaq üçün iş və istirahət rejiminə düzgün riayət etsinlər, heç olmasa 2-3 saatdan bir fasilə edib, sonra yola davam etsinlər. Sürücülərin qısa müddət dayanıb dincəlməsi mənzil başına sağ-salamat çatmaları, həm özləri, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 743   Tarix: 15 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr