Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirildi-FOTO

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirildi-FOTOAşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans "Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir" adlı beynəlxalq elmi konfrans keçirilib.

Sonxeber.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 291 nömrəli Ekologiya liseyi tərəfindən təşkil olunmuş beynəlxalq elmi konfransda BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Özbəkistan Əlişir Nəvai adına Daş¬kənd Dövlət Özbək dili və Ədəbiyyatı Univer¬sitetinin dosenti, Füzuli adına Mədəniyyət Mərkəzinin müdiri Gülba¬har Aşurova, Türkiyənin "Türk ədəbiyyatı" jurnalının baş redaktoru İmdat Avşar, Pamukqala Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin əməkdaşı Orhan Baldane, Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Nurdin Useev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV təmsilçiləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov Aşıq Ələsgərin Azərbaycanın aşıq sənətindəki rolundan söhbət açıb, tədbirin əhəmiyyətindən bəhs edib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva konfransın ümumi əhəmiyyətinə, məzmununa və örnək ideyasına görə xüsusilə diqqət çəkdiyini vurğulayıb. Bu ideyanın digər paytaxt məktəbləri üçün yaxşı nümunə olacağına inamını ifadə edən M.Vəliyeva təhsil müəssisəsində Azərbaycanın milli-mənəvi dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş olduğunu söyləyib. Bildirib ki, bu, gələcəyimiz olan uşaqların düzgün istiqamətdə inkişaf etdiyini deməyə əsas verir.

M.Vəliyeva onu da qeyd edib ki, aşıq sənətinə ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamına uyğun olaraq, ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlər, konfranslar, təqdimatlar keçirilir, görkəmli aşığın yaradıcılığı yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılır.

Daha sonra çıxış edənlər Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti, Füzuli adına Mədəniyyət Mərkəzinin müdiri Gülbahar Aşurova, Türkiyənin "Türk Ədəbiyyatı" jurnalının baş redaktoru İmdat Avşar, Pamukqala Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin əməkdaşı Orhan Baldane, Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Nurdin Useev tarixi köklərə və qardaşlığa söykənən ölkələrarası mədəni əlaqələrdən bəhs ediblər.

Bildiriblər ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətlər, mütəfəkkirlər yetişdirir. Bu baxımdan türk dünyası üçün örnək olan sənətkarların həyatı və irsinin şagirdlərə bu kimi tədbirlər, konfranslar vasitəsilə çatdırılması önəmlidir.

Konfransda şagirdlərin ifasında Aşıq Ələsgərin şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Daha sonra "Aşıq Ələsgər və tarix", "Aşıq Ələsgər və filoloji fikir", "Aşıq Ələsgər və tarix elmləri" mövzularında bölmə iclasları keçirilib.

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirildi-FOTOAşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirildi-FOTOAşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirildi-FOTOAşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirildi-FOTOAşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirildi-FOTOAşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirildi-FOTOAşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirildi-FOTOZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1317   Tarix: 15 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr