Naxçıvan Qarnizonunda Vətən Müharibəsinin təcrübəsi ilə xüsusi təyinatlı bölmələrin təlimi keçirildi (VİDEO)
"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı"na əsasən Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib.
Sonxeber.az xəbər verir ki, təlimə cəlb edilmiş xüsusi təyinatlı bölmələrə qərargahlar tərəfindən verilmiş tapşırıqlar 44 günlük Vətən Müharibəsində qazanılan döyüş təcrübəsinin tətbiqi ilə icra edilib.
Təlimin planına əsasən "Həyəcan" siqnalı ilə qaldırılan xüsusi təyinatlı bölmələrə təxribat hazırlığında olan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi və eyni zamanda qruplaşmanın rəhbərinin sağ olaraq ələ keçirilməsi tapşırığı verilib.
Müxtəlif üsullarla təmas xəttini gizli şəkildə keçərək dağ aşırımlarından və ərazinin çətin keçiləbilən relyefindən istifadə edən xüsusi təyinatlılarımız düşmənin terror fəaliyyətləri planlaşdırdığı obyektə koordinasiyalı irəliləmə ilə yaxınlaşıb.
Vizual müşahidə və havadan kəşfiyyat aparmaqla komandirlər tərəfindən düşmən obyekti qiymətləndirilib və basqın həyata keçirilib.
Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin hərbi texnikası pusquya salınaraq sıradan çıxarılıb.
Yaxın məsafəli döyüşdə yaralanmış hərbi qulluqçuya döyüş yoldaşları tərəfindən ilk tibbi yardım göstərilib və təxliyyə edilib.
Çətin dağlıq şəraitdə aparılan antiterror əməliyyatı zamanı terror qruplaşmasının rəhbəri sağ olaraq ələ keçirilib və təxribatın planlaşdırıldığı obyekt sıradan çıxarılıb.
Tapşırıqları yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirən xüsusi təyinatlılarımızın nəqliyyat-döyüş helikopteri vasitəsilə təxliyyəsi həyata keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
Restoranlardakı kimi dadlı kartof qızartmaq hiyləsi
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi