"Vətəndaşların sosial rifahının yüksəldilməsi Prezidentimizin həyat amalıdır" - Deputat

"Vətəndaşların sosial rifahının yüksəldilməsi Prezidentimizin həyat amalıdır" - Deputat"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti sayəsində ölkədə islahatlar davam etməkdə və uğurla həyata keçirilməkdədir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dövlətimizin siyasətində önəmli yer tutur. Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlər əldə edilib, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl işlər görülüb".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, Azərbaycanda yeni sosial islahatlara başlanılıb və hazırda real maliyyə imkanlarının artması hesabına sosial siyasətin davam etdirilməsi üçün əsaslı zəmin yaranıb:

"2021-ci ildən başlayaraq, iqtisadiyyatımız bərpa olunmaqdadır, iqtisadi artım sürətlənir, ÜDM ötən 10 ayda 5 faizdən çox yüksəlib. Ölkəmizin maliyyə imkanları artır. Bütün bunları nəzərə alaraq, cənab Preizdent yenidən sosial paketlə bağlı artımları davam etdirmək barədə qərarlar verir. Növbəti ildən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması nəzərdə tutulub.

2022-ci ildə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə cənab Prezident tərəfindən oktyabr ayında "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalandı. Sənədə əsasən, əməkhaqlarının, sosial müavinət və təqaüdlərin, digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması üçün hökumətə tapşırıqlar verildi. Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə artıq əhatəli sosial tədbirlər planı hazırlanıb və büdcədə maliyyə təminatı öz həllini tapıb.

2022-ci ilin dövlət büdcəsi təsdiq edilib və büdcədə sosialyönümlü xərclər ümumi büdcə xərclərinin 46,4 faizini təşkil edir. Yəni həmin xərclərin maliyyə tutumu 13 milyard 851 milyon manata çatdırılıb. Bu, 2021-ci illə müqayisədə, 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artım deməkdir. Büdcədə sosialyönümlü xərclərin, yəni 13,8 milyard manat vəsaitin 60 faizi, yəni 8,1 milyard manatı əməyin ödənişi xərcləridir. Demək, artımlar üçün güclü maliyyə təminatı artıq öz əksini tapıb".

Deputat vurğulayıb ki, bu siyasətə əsasən, dövlət başçısının sərəncamı ilə minimum əmək haqqı 250 manatdan 300 manata qatdırılıb:

"Minimum əmək haqqının məbləğinin 50 manat və yaxud 20% artırılaraq, 250 manatdan 300 manata çatdırılması dövlət və özəl sektorda yüz minlərlə şəxsin əməkhaqlarına əhəmiyyətli dərəcədə təsir edəcək. Belə ki, elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühit, digər sahələrdə çalışan on minlərlə şəxsin əməkhaqlarının artırılmasına öz təsirini gösətərəcək. Xüsusilə də minimum aylıq əmək haqqının gözlənilən artımı ixtisassız işçilərin, aztəminatlı ailələrin, ictimai və sosial işlərdə çalışanların həyat şəraitini yaxşılaşdıracaq.

Cənab Prezidentin imzaladığı sərəncamlara əsasən, təhsil işçilərinin də maaşı artırıldı. "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncama əsasən, diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacaq.

Həmçinin, 1 yanvar 2022-ci il tarixndən dövlət ümumi təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacaq.

Beləliklə, təhsil sektorunda orta aylıq əmək haqqı 25-30 faiz artaraq təxminən 600 manata çatacaq. Büdcədən maaş artımlarına əlavə 320 milyon manat vəsait ayrılacaq.

İnsan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi Prezidentimizin həyat amalıdır, ən başlıca vəzifə kimi qarşıya qoyulub və bu, əməli fəaliyyətdə qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Cənab Prezident bütün varlığı ilə Azərbaycan xalqının xoşbəxt gələcəyinə, dövlətimizin inkişafına və beynəlxalq aləmdə tanınmasına çalışır. İmzalanan sosial sərəncamlar və həyata keçirilən çox mühüm layihələr bunun parlaq nümunəsidir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1340   Tarix: 20 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

25 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin

24 oktyabr