Helikopterimiz 89 metr hündürlükdən yerə çırpılıb - Qəzayla bağlı YENİ AÇIQLAMA
"Bu helikopterin istismar müddəti 35 ildir. İstehsalçı şirkətin tələblərinə görə istehsal olunduqdan 8 il sonra, yəni 2020-ci ildə helikopter təmirə göndərilib. 2021-ci ildə təmirdən sonra sınaq uçuşları keçirilib və təhvil verilib".
Sonxeber.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev bu gün "Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair" keçirilən brifinqdə deyib.
O bildirib ki, helikopterin texniki göstərişlərində nasazlıq olmayıb:
"2013-cü ildə helikopterin "qara qutu"su yenilənib. Belə ki, o daha çox parametrlər qeydə alınan sistemlə əvəzlənib. Müqavilə əsasında Çexiya Respublikasında müqaviləyə əsasən "qara qutu" yenilənib və təhvil verilib.
Çex və Azərbaycan Baş prokurorluqları tərəfində qəzadan sonra "qara qutu" açılıb və göstəricilər istintaqa təhvil verilib. 30 noyabr tarixində qəzaya qədər helikopter 17 dəqiqə 24 saniyə uçuş həyata keçirib. Uçuşa hazırlıq və uçuş müddəti helikopterdə heç bir nasazlıq müşahidə edilməyib və istintaq zamanı da heç bir nüans aşkarlanmayıb. Helikopterin enmə əməliyyatını yerinə yetirən zaman qəzaya uğraması müəyyən edilib. Qəzaya 25 saniyə qalan müddətə qədər heç bir nasazlıq olmayıb.
Küləyin istiqamətini nəzərə almadan, uçuş metodikasını uyğun olmayan addımlara yol verildiyindən qəza baş verib. Pilotlar hadisədən yayınmağa cəhd etsə də, hündürlüyün sürətlə azalması hadisəni qaçılmaz edib. "Qara qutu"dakı məlumatların araşdırılması zamanı çəkilən fotoşəkillər də sizə təqdim ediləcək".
Habelə brifinqdə bildirilib ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olub. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1342 Tarix: 20 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
25 oktyabrTəcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların
25 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabrAzərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
25 oktyabr"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrBu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabr