Vətən müharibəsi qazisinə vəzifə verildi - FOTO
Vətən müharibəsi qazisi Milli Məclisin deputatı Aydın Mirzəzadəyə köməkçi təyin edilib.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Aydın Mirzəzadə özünün "Facebook" hesabında məlumat yayıb.
"Mənim təklifimlə bu vəzifəyə Mingəçevir sakini Məmmədov Pərvin Həzi oğlu təyin edildi. Bununla bağlı Azərbaycan Respublikası Milli Məclisinin Aparatı üzrə əmr imzalanıb", - deyə Aydın Mirzəzadə əlavə edib.
Pərvin Məmmədov 1980-ci ildə anadan olub, peşəkar hərbçidir. Bakı Ali Hərbi Məktəbini bitirib. 20 ildən çox ordu sıralarında xidmət edib. Vətən müharibəsində tabor komandirinin müavini kimi iştirak edib. Xocavənd döyüşlərində ağır yaralanıb, sağ qolundan ciddi zədə alıb. Hazırda ehtiyatdadır.
O, bir sıra medalla təltif edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 974 Tarix: 20 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtomobil dirəyə çırpıldı - 5 yaralı var
Göygöldə avtomobil işıq dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, qəza zamanı 5 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım edilib, müalicələri davam etdirilir. Həmin şəxslər rayon sakinləri Cavid Bəylərov 2001-ci il, Vilayət Bəylərov 2001-ci il, Əmrah İsmayılov 200-ci il, 2003-c
11 mayKirayədə yaşayanlara 300 manat CƏRİMƏ
Kirayə mənzil bazarında son vaxtlar həyata keçirilən dəyişikliklər diqqəti yenidən bu sahədəki problemlərə yönəldib. Xüsusilə müqaviləsiz kirayə münasibətlərinə görə tətbiq olunan inzibati cərimələrin artırılması mövzusu həm ev sahibləri, həm də kirayəçilər arasında müzakirələrə səbəb olub. Əvvəllə
10 mayPaşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 may