Bakıda özəl bağçada qaz sayğacına müdaxilə halı aşkarlandı - VİDEO
Özəl bağçaların birində qaz sayğacına müdaxilə halı aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Belə ki, qurum əməkdaşları qaz təchizatına qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə keçirilən mütəmadi reydlər zamanı paytaxtın Xətai rayonunda yerləşən özəl bağçaların birində sayğaca müdaxilə halı aşkar edilib.
Əməkdaşlar bağçada quraşdırılan əvvəlcədən ödənişli sayğacın sərfiyyatını yoxlayıblar. Ayrı-ayrı günlərdə sayğac yoxlansa da, göstəricilərin dəyişməz qalması sayğaca müdaxilə edilməsi ehtimalına şübhələr yaradıb.
Sayğacda yaranan xətaya görə, bağçanın məsul şəxsinin iştirakı ilə sayğacın möhürü çıxarılıb və xüsusi möhürlü şəffaf qutuya qoyularaq növbədənkənar dövlət yoxlamasına göndərilib.
Yoxlamalar zamanı sayğaca müdaxilə olunduğu məlum olub. Məsələ ilə bağlı verilmiş rəyə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun şəkildə tədbir görüləcəyi bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 838 Tarix: 21 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
60 yaşdan yuxarı insanlar üçün MÜHÜM XƏBƏR
7-8 yaşdan kiçik uşaqlar və 60-70 yaşdan yuxarı yaşlı insanlar yeni virusa yoluxma riski altındadır. Bunu Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi direktoru Aleksandr Gintsburq bildirib. Ginzburq uşaqların immun sistemlərinin hələ tam inkişaf etmədiyini və yaşlıların immu
10 mayUlu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTO
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlə
10 mayPaşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 may